Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1421—1430 / 1989
Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə mülkiyyətçidən əmlakın qanunla müəyyənləşdirilmiş qaydada və şərtlərlə, dəyəri mülkiyyətçiyə ödənilməklə cəmiyyətin mənafeləri üçün alına bilməsi.
Keçmiş geoloji dövrlərin florasından qalmış və yeni yaşayış mühitinə uyğunlaşaraq müasir biosenozun tərkibinə daxil olan bitki növləri.
Köçürmə vekselində yazılan məbləği alan şəxs.
İpoteka borcu elə verilə bilər ki, müntəzəm təkrarlanan müddətlərdə daşınmaz əmlak üzrə ödənilməli olan müəyyən pul məbləği.
Renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür.
Rentgen və qamma-şüalarının şüalanma doza vahidi olub, normal şəraitdə 1 kub sm havada yaratdığı elektrik yükünün miqdarı.
Milli Bank tərəfindən İstiqrazların müvəkkil banka satışı (REPO-nun açılması) və eyni zamanda müvəkkil bank tərəfindən həmin İstiqrazları Milli Banka satmaq, Milli Bankın isə onları müvəkkil bankdan geri satın almaq öhdəliyini (REPO-nun bağlanması) rəsmiləşdirən maliyyə əməliyyatıdır.
Elit toxumun ardıcıl çoxaldılmasından alınmış toxum.
Əsərin (yazılı və başqa qrafik əsərin) orijinalının və ya nüsxəsinin fotosurətçıxarma yolu ilə və ya nəşretmə istisna olmaqla, digər texniki vasitələrin köməyi ilə hər hansı ölçüdə (böyüdülmüş, yaxud kiçildilmiş) faksimilesinin çıxarılması.
Vekselsaxlayanın vekselverənə, indossantlara, avalistlərə və veksel üzrə öhdəlik daşıyan digər şəxslərə qarşı veksel məbləğinin ödənilməsi tələbi.