Terminlər lüğəti
1381—1390 / 1989
Babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ya ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumlarıdır.
Sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir:
-adsız borc qiymətli kağızlarının (adsız depozit sertifikatlarının) yerləşdirilməsi yolu ilə cəlb edilmiş pul vəsaitləri;
-bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;
-qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;
-cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər;
-üzərinə həbs qoyulmuş əmanətlər;
-cəlb edildiyi günə Azərbaycan Respublikası Milli Bankının uçot dərəcəsinin 1,8 mislindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər;
-fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri;
-fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri;
-ödəniş müddətlərinin başa çatıb-çatmamasından asılı olmayaraq, əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti;
-bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər.
Aşağıdakılar istisna olunmaqla, bankda əmanəti olan fiziki şəxsdir:
-bankın Müşahidə Şurasının, Audit Komitəsinin, idarə heyətinin üzvləri və onların yaxın qohumları (ər/arvad, onların valideynləri və övladları, o cümlədən övladlığa götürülənlər, bacı və qardaşları);
-bankın 10 faiz və daha çox səsvermə hüququ verən səhmlərinə malik olan şəxslər və onların yaxın qohumları (ər/arvad, onların valideynləri və övladları, o cümlədən övladlığa götürülənlər, bacı və qardaşları);
-kompensasiyaların ödənilməsi barədə elanın ilk dəfə dərc edildiyi tarixdən əvvəlki təqvim ili ərzində bankın auditini keçirmiş kənar auditorlar.
Meşə fondunun tərkib hissəsi olmaqla xüsusi qorunma və təsərrüfat aparılma rejiminə malik, nadir bitki və heyvanat aləminin və digər təbii komplekslərin saxlanılmasını, artırılmasını və qorunmasını təmin edən, eyni zamanda bu amillərin elmi əsaslarla dinamikasının öyrənilməsi məqsədilə yaradılan meşə sahələridir.
Tarix və mədəniyyət üçün böyük əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilər və ya məskənlər.
Mal anbarı tərəfindən malın saxlanmağa qəbul olunmasını təsdiqləyən orderli qiymətli kağızdır. Qoşa anbar şəhadətnaməsi iki hissədən—anbar şəhadətnaməsindən və girov şəhadətnaməsindən (varrantdan) ibarətdir; ayrı-ayrılıqda bunlar qiymətli kağızlardır.
Mexaniki nəqliyyat vasitəsi ilə yedəyə alınmaq üçün nəzərdə tutulan hər hansı nəqliyyat vasitəsi.
Humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir.
Yer kürəsinin müxtəlif nöqtələrinə düşən ağırlıq qüvvəsinin öyrənilməsi.
Bitkilərin və onların toxumlarının konkret sorta mənsub olmasını müəyyənləşdirmək üçün xüsusi sahələrdə toxum səpməklə bitkilərin sortluq təmizliyinin müqayisəli təyini.