Terminlər lüğəti
1331—1340 / 1989
Fiziki və ya hüquqi şəxslə bağlanmış müqavilə əsasında bu Qanunun 5-ci maddəsində nəzərdə tutulan mühafizə xidmətlərini göstərən, müvafiq qaydada dövlət qeydiyyatından keçmiş və müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq (lisenziya) almış hüquqi şəxs
Xüsusi mülkiyyət və ya bələdiyyə mülkiyyəti əsasında yaradılmış nəşriyyatlar.
Ticarət sahəsi 100 kv.m-dən yuxarı olub, müvafiq ticarət avadanlıqları ilə təchiz edilmiş ticarət obyektidir. Onlar ayrı-ayrı mal qrupları üzrə ixtisaslaşa bilərlər (paltar, ayaqqabı, ətriyyat, kişi və qadın geyimləri və s.).
Alıcılar tərəfindən alınmış (və ya alınacaq) geyimlərin geyinilərək baxılması üçün xüsusi kabinələr olmalıdır. Alıcı ilə hesablaşma kassa vasitəsi ilə aparılır.
Sığorta hadisəsi baş verdiyi zaman sığortalıya vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlakı və mənafeləri ilə bağlı risklərin sığortası.
İstirahət və ya bayram günü.
Məqsədi gəlir götürmək olmayan və əldə etdiyi gəliri yalnız qeyri-kommersiya məqsədləri, o cümlədən öz nizamnamə məqsədləri üçün istifadə etməyi nəzərdə tutan qanunla qadağan edilməyən fəaliyyətin həyata keçirilməsidir, əks halda bu fəaliyyət kommersiya fəaliyyəti sayılır.
Qeyri-kommersiya fəaliyyətini həyata keçirən, əldə etdiyi gəliri təsisçilər (payçılar, iştirakçılar) arasında bölüşdürməyən və onu kommersiya məqsədləri üçün sərf etməyən hüquqi şəxsdir, əks halda bu təşkilat kommersiya təşkilatı sayılır.
Fiziki əsası olmayan, lakin sahibkarın imtiyazı və hüququ əsasında dəyər yaradan dövriyyədənkənar aktivlərdir.
Meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar, habelə meşə fondunun sərhədləri daxilində yerləşən digər torpaqlar.
Narkotik maddələrin və silahların qeyri qanuni alverindən, qaçaqmalçılıqdan, korrupsiyadan, gizli iqtisadiyyatdan, şantajdan və maliyyə dələduzluğundan əldə edilmiş vəsaitlər.