Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1291—1300 / 1989
Müasir diaqnostika prinsiplərinə və beynəlxalq standartlara uyğun olaraq həkim-psixiatr tərəfindən təyin edilən psixopatoloji vəziyyət.
Psixiatriya yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisəsi və ya onun bölməsi.
Pasiyentin psixi vəziyyətinin müayinəsini, psixi pozuntusunun diaqnostikasını, müalicəsini və profilaktikasını, psixo-sosial reabilitasiyasını özündə birləşdirən ixtisaslaşdırılmış tibbi yardım növü.
BMT-nin 1971-ci il tarixli "Psixotrop maddələr haqqında" Konvensiyasında, 1988-ci il tarixli "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları.
Qiymətlilərin saxlanması, qorunması və mühafizəsi üçün sahədir (otaq, anbar, yer).
Bank hesabı açılmadan nağd pulun fiziki şəxs tərəfindən banka təhvil verilməsi yolu ilə həyata keçirilən ödəniş.
Bankın və ya notariusun depozit hesabında saxlanılan girov predmeti.
Nağd pul və tələbli əmanətlərdən ibarətdir.
Pul vəsaitləri və ya digər əmlakla bağlı mülki hüquqların əldə edilməsi, həyata keçirilməsi, dəyişdirilməsi və ya onlara xitam verilməsinə yönəlmiş əməllərdir.
Qısa müddətdə pul vəsaitlərinə çevrilə bilən və dəyərinin dəyişməsi nəticəsində əhəmiyyətli riskə məruz qalmayan yüksək likvidli vəsaitlər.