Terminlər lüğəti
1261—1270 / 1989
Kart sahibinə mal, iş və ya xidmətlərə görə nağdsız ödənişin həyata keçirilməsi, habelə banklardan və bankomatlardan nağd pul vəsaiti almaq imkanı verən şəxsi ödəniş vasitəsidir. Plastik kartlardan istifadə qaydası kart sahibi və emitent bank arasında qarşılıqlı öhdəliklərlə tənzimlənir.
Sıxılmış havanın və ya qazın təzyiqindən yaranan enerji hesabına gülləsi istiqamətlənmiş hərəkət edərək hədəfə məsafədən zədə yetirmək təyinatına malik olan silah.
Poçt operatoru tərəfindən cari poçt hesabının sahibinə verilən və təqdim edənə ödənilən pul sənədi.
Poçt rabitəsi operatoru tərəfindən müəyyən ünvana çatdırılmaq üçün qəbul edilmiş poçt kartları, məktublar, teleqramlar, pul baratları, banderollar, kiçik paketlər, sekoqramlar, xüsusi «M» kisələri, bağlamalar.
Poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, daşınmasını, ünvan sahibinə çatdırılmasını təmin edən obyektlərin və nəqliyyat vasitələrinin vahid texnoloji sistemi.
Poçt rabitəsi xidmətləri göstərən fiziki və ya hüquqi şəxs.
Poçt göndərişlərinin qəbulu, çeşidlənməsi, saxlanılması, daşınması, göndərilməsi və ünvan sahibinə çatdırılması fəaliyyəti.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən universal poçt rabitəsi xidmətləri göstərilməsi üçün təyin olunmuş poçt operatoru.
Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanı.
Polis orqanlarında müəyyən vəzifə tutan və Polis haqqında Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusu.