Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1281—1290 / 1989
Büdcə artıqlığı.
Öz səlahiyyətləri daxilində Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada cinayət işləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya dövlət ittihamçısı qismində məhkəmədə ictimai, yaxud ictimai-xüsusi ittihamı müdafiə edən şəxsdir.
Prokurorluq orqanlarında ilk dəfə iş təcrübəsi keçən şəxslər.
Bankomatlar şəbəkəsinə və plastik kartları ödəməyə qəbul edən ticarət və xidmət məntəqələri şəbəkəsinə xidmət göstərən müstəqil bir təşkilat və ya bank bölməsidir. Prosessinq mərkəzi kredit təşkilatlarının məlumat mübadiləsi şəbəkəsinə çıxışa malikdir. Prosessinq mərkəzinin köməyi ilə əməliyyatların avtorizasiyaları həyata keçirilir.
Cinayət prosesi iştirakçılarının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş və onun müddəalarına uyğun həyata keçirdikləri hərəkətlərdir.
Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hakimin və ya hakimlərin (hökmlər istisna edilməklə), habelə təhqiqatçının, müstəntiqin, yaxud prokurorun Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada qəbul etdiyi prosessual aktdır.
Dövlət ittihamçısının iştirak etdiyi cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hökmdən və ya məhkəmənin digər qərarından prokurorun yuxarı məhkəməyə verilən şikayətidir.
Bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət üsulu.
Ən yüksək keyfiyyətdə «proof» döymə texnologiyası ilə istehsal edilmiş, səthi tamamilə düz, parlaq, üzərində yalnız tutqun təsvirlər olan, gözlə görünən cızıq, xətt, əl izləri və digər qüsurları olmayan və relyefi ən xırda detallarınadək dəqiq olan proof keyfiyyətli xatirə sikkələridir.
Psixi inkişafın ləngiməsi, o cümlədən nitq qüsurları, emosional-iradi mühitin pozuntuları və autizm.