Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1241—1250 / 1989
Tırtıllı traktorlar da daxil olmaqla tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitəsi.
Əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsi.
Yalnız hücumu dəf etmək təyinatına malik olan gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püsgürdücü və ya aerozol qurğulu qaz silahı.
Nəqliyyat vasitəsinin onun üçün xüsusi ayrılmış müvafiq qaydada işarələnmiş yerdə durması.
Yüksək keyfiyyətli, döymə texnologiyası ilə hazırlanmış, səthi düz, parıldayan, relyefi dəqiq olan, üzərində gözlə görünən cızıq, xətt və digər qüsurları olmayan parlaq keyfiyyətli xatirə sikkələridir.
Psixi pozuntu vəziyyətində olan və ya psixiatriya yardımından istifadə edən şəxs.
İxtira, faydalı model və sənaye nümunəsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən mühafizə sənədi.
Elektrik şəbəkəsinin bir hissəsi olaraq, istehlakçılara elektrik enerjisini çatdıran elektrik qurğuları.
Müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləği.
Quruda yerləşən aerodromun sərnişinlərin mindirilməsi və düşürdülməsi, poçt və ya yükün yüklənməsi və boşaldılması, yanacaqdoldurma, dayanacaq və texniki xidmət məqsədilə hava gəmilərinin yerləşdirilməsi üçün nəzərdə tutulan sahə.