Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1211—1220 / 1989
Yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin , hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillər.
Qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən şərtlərlə bu cür opsionun bağlanması anına və ya tərəflərin qərarına əsasən bu cür əldə etmənin anına satış qiymətlərinin təsbit edilməsi ilə əldə etməyə (satmağa) hüququ təsdiq edən sənəddir.
Müxtəlif siqnalların, işarələrin və məlumatların işıq vasitəsi ilə bildirilməsi, verilməsi və qəbulu.
Order elə bir sənəddir ki, onun əsasında bir şəxs (çıxarıcı) başqa şəxsə (ödəyiciyə) çıxarıcının hesabına remitentə pul, qiymətli kağızlar və ya digər əvəzolunan əşyalar verməyi tapşırır. Order remitentin adına,adsız və ya əmrə dair qeyd-şərtlə verilə bilər.
Konkret bir şəxsin adına «əmrilə» şərti altında yazılan və digər şəxslərə ötürülməsinə (indosamentlə) yol verilən çek.
Əgər qiymətli kağız üzrə ixtiyarlı şəxs öz sərəncamı ilə öz əvəzinə başqa ixtiyarlı şəxsi təyin edə bilərsə, qiymətli kağız orderli kağız sayılır.
Mühafizə olunan sortun əlamətlərinin qorunmasını təmin edən hüquqi və ya fiziki şəxs.
İlkin toxumçuluq mərhələlərində bitki nəsillərinin seleksiya yolu originatorun nəzarəti altında ilə seçilməsi və qiymətləndirilməsi nəticəsində alınmış toxum.
İşçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin məbləği.
Qarşı hərəkət zolağına (hərəkət hissəsinin qarşı tərəfinə) çıxmaq və əvvəlki zolağa (hərəkət hissəsinin əvvəlki tərəfinə) qayıtmaq üsulu ilə bir və ya bir neçə nəqliyyat vasitəsini keçmək.