Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1181—1190 / 1989
Efirə verilmiş bütün teleradio proqramlarının (verilişlərinin) nəzarət məqsədilə lentə alınması.
Tütün və tənbəki yarpağında və tüstüsündə mövcud olan alkoloidlər qrupuna aid maddə.
Hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcı.
Nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcı.
Rəqəmli, hərfi işarələmə və ya həmin işarələrin kombinasiyası, o cümlədən telekommunikasiya şəbəkəsinin və (və ya) onun qovşaq və ya son nöqtələrinin birmənalı şəkildə müəyyənləşdirilməsi üçün nəzərdə tutulan və telekommunikasiya şəbəkəsində istifadəsi mümkün olan kodların (nömrələnmə variantlarının) məcmusu və ya onların bir hissəsi.
Sənədlərin bütün kateqoriyaları və nömrələri üzrə fondu aşkarlayır. Onda dəyişikliklər, əlavələr, sənədlərin ləğvi, dəyişdirilməsi, nüsxələrin miqdarı haqqında məlumat verilir. Qüvvədə olan, əvəz edilmiş, ləğv olunmuş normativ sənədləri təsvir edən kartoçkada verilir.
Malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məcburi tələbləri müəyyənləşdirən dövlət standartları, farmakoloji, sanitariya və tikinti normaları, qaydaları və digər sənədlər.
Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olan şəxs.
Əqli fəaliyyətin nəticəsi kimi kommersiya sirrinə aid edilən, qanunvericiliyə, yaxud sahibinin mülahizələrinə əsasən patentlə mühafizə olunmayan məlumatlar.
-Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. -Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. -Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər.