Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1131—1140 / 1989
Seçkilərin (referendumun) keçirilməsi zamanı seçkiləri (referendumu) müşahidə etmək üçün siyasi partiyalar, qeyri-hökumət təşkilatları, referendum üzrə təşviqat qrupları, namizədlər tərəfindən təyin edilən və Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada müvafiq seçki (referendum) komissiyasında qeydə alınmış şəxs.
Gömrük sərhəddindən keçən fiziki şəxslər tərəfindən keçirilən mallar.
Fiziki şəxslərə məxsus olan və onlardan ayrıca, nəqliyyat təşkilatları ilə bağlanmış müqaviləyə əsasən keçirilən mallar.
Öz səlahiyyətləri daxilində Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada cinayət işi üzrə ibtidai istintaqı aparan şəxs.
Dövlətə, müxtəlif təsərrüfat sahələrinə və özəl təşkilatlara mənsub olub, onlara məxsus enerji şəbəkəsi ilə dövlət elektroenergetika müəssisəsinin və ya enerjitəchizatı müəssisələrinin vasitəsi ilə istehlakçıları elektrik və istilik enerjisi ilə təchiz edən hüquqi şəxs.
Yükgöndərən, yükalan sərnişin, icarəçi və sair kimi daşıyıcı ilə bağlanmış müqaviləyə uyğun nəqliyyatdan istifadə edən hüquqi və ya fiziki şəxs.
Bank lisenziyasına və qiymətli kağızlar bazarında broker və ya diler fəaliyyəti ilə məşğul olmaq lisenziyalarına malik olan və Ticarət sistemi funksiyalarını həyata keçirən təşkilatın üzvü olan bank.
Valyuta əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının Milli Bankının lisenziyasını almış banklar və digər kredit təşkilatları.
Müvəqqəti idxal (ixrac) olunan malların Azərbaycan Respublikasının gömrük ərazisində və ya onun hüdudlarından kənarda gömrük rüsumlarından, vergilərindən tam və ya qismən azad edilməklə və iqtisadi siyasət tədbirləri tətbiq etmədən onlardan istifadəyə yol verilməsindən ibarətdir.
Müvəqqəti idxal (ixrac) gömrük rejimi altında rəsmiləşdirilmiş mallar.