Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1081—1090 / 1989
Operatorun, provayderin və abunəçinin müəyyənləşdirilməsi üçün tətbiq edilən rəqəmlər və (və ya) işarələr.
Əqd bağlananda satıcıları və alıcıları istiqamətləndirməkdən ötrü müəyyən müddət və ya vaxt üçün tələb və təklifi nəzərə almaqla əmtəələrin qiymətini aydınlaşdırmaq və qeydə almaqdır.
Eyni məbləğdə xarici valyutanın maliyyə hesabatlarında müxtəlif məzənnələrlə əks olunması nəticəsində yaranan fərq.
Növündən, yarandığı və saxlandığı yerdən və mülkiyyət formasından asılı olmayaraq, xalqın maddi və mənəvi həyatını əks etdirən, tarixi, elmi, iqtisadi, siyasi, sosial və mədəni dəyəri olan, Azərbaycan xalqının mədəni irsinin ayrılmaz hissəsi hesab edilən sənədlərin məcmusu.
Azərbaycanda xalq seleksiyası yolu ilə yaradılmış, ölkənin ayrı-ayrı regionlarında yetişdirilən və yayılan, mənşəyi məlum olan Qarabağ və Dilboz at cinsləri
Ayrı-ayrı müstəqil dövlətin ərazisində müvafiq qaydada hazırlanıb istifadə edilən standartlar, norma, qayda və tövsiyələr.
Manatla ifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkreditivlər və s.), fond sərvətləri (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri.
Ticarət sahəsi 100 kv.m-dən 1000 kv.m-dək olub, ərzaq və qeyri-ərzaq üzrə gündəlik tələbat malları satışı ilə məşğul olan ticarət obyektidir. Əsasən qablaşdırılmış ərzaq mallarının satışı ilə məşğul olur. İri həcmli, texniki-mürəkkəb malların satışına icazə verilmir. Alıcılara yüksək səviyyədə ticarət xidməti göstərilir və hesablaşmalar kassa aparatı vasitəsilə həyata keçirilir.
İqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
Qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ.