Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1061—1070 / 1989
İstifadəçinin konkret texniki avadanlığında və ya istifadə etdiyi proqrama uyğun işləməsini təmin etmək məqsədi ilə məlumat toplusunda dəyişikliklərin aparılması.
Məlumat toplusunun orijinalının və nüsxələrinin satış və ya mülkiyyət hüququnun başqa yolla verilməsi ilə kütləyə çatdırılması.
Məlumat toplusunun uyğunlaşdırılmasına aid olmayan digər dəyişikliklərin aparılması.
Mübadilə (alqı-satqı) əməliyyatı baş verdiyi tarixdə, identifikasiya olunan aktiv və öhdəliklərin alqı dəyərinin ədalətli dəyərindən üstün olan hissəsi.
Təqsirkara etibar edilmiş özgə əmlakını talama.
Mənzil sertifikatları fiziki və hüquqi şəxslər arasında yerləşdirilən sənədli qiymətli kağızlar olub, sahiblərinə buraxılış şərtlərində müəyyən olunan şərtlərə əməl etdikləri təqdirdə, emitentdən tikintisi (yenidən qurulması) bu qiymətli kağızların yerləşdirilməsindən alınan vəsait hesabına maliyyələşdirilən binaların (mənzillərin) onların mülkiyyətinə verilməsi yolu ilə ödənilməsini tələb etmək ixtiyarını verir. Mənzil sertifikatı adlı və ya adsız qiymətli kağız ola bilər. Mənzil sertifikatlarının buraxılışı və tədavülü qaydaları qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş normativ-hüquqi aktlarla tənzimlənir.
Dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrin tərkibində konkret tədbirlərin həyata keçirilməsi üçün formalaşan və istifadə edilən pul vəsaiti.
Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dövlət əhəmiyyətli layihənin maliyyələşdirilməsi məqsədi ilə keçirilən lotereya forması.
Dövlət büdcəsində müəyyən edilən normativlərə uyğun olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan gəlir.
Eyni sistemə aid olan kitabxanaların vahid strukturda könüllü birləşməsi.