Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1051—1060 / 1989
Əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar.
Materialların seçilməsinə və ya düzümünə görə yaradıcı əməyin məhsulu olan və kompüterin (HEM-in) köməyi ilə tapıla və işlənə biləcək şəkildə sistemləşdirilmiş məlumatların (məqalələrin, hesablamaların, faktların və başqa materialların) məcmusu.
Məlumatın verilənlər daşıyıcısında yazılmış forması.
Məlumat toplularının quruluşunun müəlliflik hüququ və məzmununun xüsusi qorunma hüququ ilə bir-birindən asılı olmayan ikili qorunma forması.
Sistemli və ya metodik qaydada tərtib edilmiş və elektron, yaxud digər vasitələrlə əldə oluna bilən əsərlərin, verilənlərin və digər materialların təqdiminin obyektiv forması.
Məlumat toplusunun kompüterin yaddaşına yazılması və çap mətninin buraxılması da daxil olmaqla, nüsxələrin sayının zəruri ehtiyacları ödəməsi şərti ilə əhalinin qeyri-müəyyən dairəsinə təqdim edilməsi.
Məlumat toplusunun surətçıxarılması, dərc edilməsi, kütləvi nümayişi, ifası və bildirişi, yayılması, o cümlədən onun yenidən işlənməsi (modifikasiyası) və mülki dövriyyəyə buraxılması üzrə digər hərəkətlər. Dərc edilmiş məlumat toplusu barədə kütləvi informasiya vasitələrində məlumat verilməsi onun istifadəsi sayılmır.
Məlumat toplusunun naqil və ya naqilsiz rabitə vasitələri ilə hər hansı üsulla kütləvi bildirişi, o cümlədən elə tərzdə kütləyə çatdırılması ki, hər kəs öz seçiminə uyğun olaraq istənilən yerdə və istənilən vaxtda bu toplunu əldə edə bilsin.
Məlumat toplusunun əhalinin qeyri-müəyyən dairəsinin qavramasını mümkün edən istənilən nümayiş və ifa formasında təqdim edilməsi.
Məlumat toplusunun bir və ya daha çox nüsxədə hər hansı maddi daşıyıcıya köçürülməsi, o cümlədən kompüterin yaddaşına yazılması.