Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1001—1010 / 1989
Gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikası ərazisindən çıxarılması.
Gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar idxal malları sayılan malları təqdim etmədən və ixrac olunduğu andakı vəziyyətdə ixrac etmiş şəxsin həmin malları idxal etməsi.
Gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar ixrac malları sayılan malları idxal etmiş şəxsin həmin malları idxal edəndən sonra təqdim etmədən və idxal olunduğu andakı vəziyyətdə ixrac etməsi.
Mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi.
Malların iri partiyalarla satışı ilə məşğul olan ticarət obyektləridir. Bu obyektlər ərzaq və qeyri-ərzaq mallarının topdan satışı üzrə ixtisaslaşa bilərlər. Topdan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Topdansatış obyektləri mal ehtiyatlarının saxlanılması üçün xüsusi avadanlıqlarla təmin edilməlidirlər. Alıcılarla hesablaşmalar qeyri-nağd və ya nağd formada kassa vasitəsi ilə həyata keçirilir.
Malların gömrük nəzarəti altında, Azərbaycan Respublikasının iki gömrük orqanı arasında, o cümlədən xarici dövlətlərin ərazisindən gömrük rüsumları, vergilər alınmadan və mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən keçirilməsindən ibarət gömrük rejimidir. Azərbaycan Respublikası qanunvericiliyi və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində nəzərdə tutulmuş hallar istisna edilir.
Ticarətə buraxılmış qiymətli kağızların likvidliyinin artırılması öhdəliklərini üzərinə götürmüş diler.
Nəqliyyat vasitəsinin şəhərdaxili sərnişin daşınması üçün marşrut xəttində hərəkət etməsinə hüquq verən rəsmi sənəd.
Yeni mebel dəstləri, ayrı-ayrı mebellərin (çarpayı, divan, şkaf və s.), döşəklərin hazırlanması və onların təmiri ilə məşğul olan xidmət obyektidir. Bu obyektlər lazımi bina və avadanlıqlarla, dəzgahlarla təmin edildikdən sonra fəaliyyət göstərirlər.
Torpaqların hidrotexniki, mədəni-texniki, kimyəvi, aqro-meşəmeliorasiya, aqrotexniki və digər tədbirlərin aparılması yolu ilə əsaslı yaxşılaşdırılması.