Terminlər lüğəti
981—990 / 1989
Lotereyada iştirak edən lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibi.
Öz adından və ya digər şəxsin tapşırığı ilə lotereyanı təşkil edən və keçirən hüquqi şəxs.
Lotereya təşkilatçısı tərəfindən tərtib edilmiş, lotereyanın təşkili və keçirilməsi ilə bağlı məlumatları əks edən rəsmi sənəd.
Uduş fondu satılmış lotereya biletlərinin məbləğindən asılı olaraq müəyyən edilən, bir və ya bir neçə tirajdan ibarət olan, uduşu uduşun oynanılması ilə müəyyən olunan lotereya növü.
Süni surətdə yaradılan maddi törəmə.
Hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su.
Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır.
İstifadə olunan istehsal prosesi üzrə ixrac gömrük rejiminə uyğun aparılma məqsədi üçün emal obyektlərindən (emal üçün mallardan, başlanğıc xammaldan, materiallardan, yarım fabrikatlardan və Azərbaycan mallarından) tam istehsal olunmuş mallar.
Malların beynəlxalq təcrübədə qəbul olunmuş təsnifat sisteminə uyğun olaraq aparılan Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin əmtəə nomenklaturası.
Bir nəqliyyat sənədi üzrə bir nəqliyyat vasitəsində (konteynerdə) və ya nəqliyyat vasitələri qrupunda bir mal alanın ünvanına daşınan mallar.
Mal-qaranı, yük və ya minik heyvanlarını yoldan keçirən şəxs.