Terminlər lüğəti
1011—1020 / 1989
Meliorasiya tədbirlərinin aparılması nəticəsində münbitliyi artırılmış (artırılacaq) torpaqlar.
Meliorasiya olunmuş torpaqlarda su, duz, hava, istilik və qida rejimini tənzimləmək üçün istifadə olunan qarşılıqlı əlaqəli hidrotexniki və digər qurğular və tikililər kompleksi (meliorasiya olunmuş torpaqlarda yerləşən kanallar, kollektorlar, boru kəmərləri, su anbarları, bəndlər, nasos stansiyaları, sugötürücülər və digər qurğular və tikililər), habelə qoruyucu meşə əkinləri.
Meliorasiya sistemlərinin irriqasiya sistemlərinin və ayrılıqda yerləşən hidrotexniki qurğuların layihələndirilməsi, tikintisi, yenidən qurulması və istismarı, otlaqların su təchizatı, qoruyucu meşə əkinlərinin salınması, mədəni-texniki işlərin, torpaqların fiziki və aqrokimyəvi xassələrinin yaxşılaşdırılması işlərinin aparılması, göstərilən işlərin elmi və istehsal-texniki təminatı.
Öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, mühəndis kommunikasiyaları; məskənsalma (şəhərsalma) abidələri; ərazisinin əksər hissəsi memarlıq, tarixi-mədəni sənətkarlıq abidələri və tikililər ilə tutulan, ənənəvi məhəllələrə bölünən, bəzən də qala divarları ilə əhatə edilən, küçə şəbəkəsini və mühəndis kommunikasiyalarını qismən saxlayan yaşayış məntəqələri, bağ-parklar, xiyabanlar, incəsənət nümunələri; yeni yaranmış memarlıq abidələri; öz həcm-plan, bədii-estetik, istismar-funksional və texniki-konstruktiv həllinə görə uzun ömürlü memarlıq binaları və qurmaları; kiçik memarlıq formaları; monumentlər, obelisklər, fəvvarələr, şəlalələr, bulaqlar, hovuzlar, köşklər və ərazidə xüsusi mövqe tutan başqa yaradıcılıq obyektləri.
Memarlıq əsəri yaradan şəxslərin (memarların) peşəkar fəaliyyəti olaraq memarlıq layihəsinin hazırlanmasına və həyata keçirilməsinə müəllif nəzarəti, tikinti, yenidənqurma və bərpa layihə sənədlərinin hazırlanmasında ümumi əlaqələndirmə, memarlıq sahəsində elmi tədqiqatları və tədris, habelə müvafiq icra hakimiyyəti orqanlarında şəhərsalma və memarlıq məsələləri ilə məşğul olan bölmələrin (idarələrin, şöbələrin), şəhər və rayon baş memarlarının fəaliyyəti.
Memarlıq obyektinin yaradılması üçün hazırlanan, memarlıq obyektinin həcm-məkan quruluşunu və bədii həllini müəyyənləşdirən ümumi layihə sənədlərinin (memarlıq obyekti layihəsinin) memarlıq hissəsi.
Binalar, tikililər və onların kompleksləri, interyerləri, memarlıq layihəsi əsasında yaradılan bağlar, parklar, kurortlar və digər istirahət yerləri, memarlıq abidələri, memarlıq sahəsində elmi tədqiqatların nəticələri, xatirə abidələri və onların kompleksləri.
Memarlıq obyektinin yaradılması üçün müvafiq ərazi (şəhər, rayon) memarlıq-planlaşdırma orqanı tərəfindən sifarişçiyə obyektin əsas parametrləri və ayrılmış torpaq sahəsində yerləşdirilməsinə dair tələblər barədə verilən rəsmi sənəd.
Bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir göstərən, torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti.
Meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri.