Terminlər lüğəti
991—1000 / 1989
Müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, maliyyə vəziyyətinin, təsərrüfat fəaliyyətinin nəticələrinin və s. istifadəçilər (səhmdarlar, kreditorlar, sahibkarlar, dövlət orqanları və s.) üçün təyin edilmiş formalarda öz əksini tapa bilən mühasibat uçotunun faktiki və düzgün təsdiq olunmuş göstəricilərinin yekunlarının məcmuudur.
İcarəyə verilən aktivlə əlaqədar bütün risklər və gəlir icarəçiyə keçən icarədir. Aktivin mülkiyyət hüququ isə icarə vaxtı qurtarandan sonra müqavilə şərtlərinə uyğun olaraq, icarəçiyə keçirilə və ya keçirilməyə bilər.
Səhmlərin, istiqrazların və başqa qiymətli kağızların alınması, başqa müəssisələrə nizamnamə kapitalı qoyulması, borc verilməsi və s. ilə əlaqədar müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin investisiya qoyuluşlarıdır.
-Kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi;
-müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar;
-qanuni tədiyə vasitələri olan valyutanın, pul vəsaitlərinin və əskinasların (numizmatika əşyalarından başqa) tədavülü ilə bağlı əməliyyatlar;
-səhmlərin, istiqraz vərəqələrinin, sertifikatların, veksellərin, çeklərin və digər qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar. İnkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və ya digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər maliyyə xidmətlərinə aid deyildir;
-törəmə maliyyə vasitələri ilə əqdlərə, forvard müqavilələrinə, opsionlara və analoji sazişlərə aid əməliyyatlar;
-investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər;
-sığorta və təkrar sığorta əməliyyatları.
Maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilə əsasında öz aktivlərini tamamilə və ya qismən birləşdirmiş hüquqi şəxslərin (əsas və törəmə müəssisələrin) məcmusu.
Maldan (işin, xidmətin nəticələrindən) istifadə edilməsinin, onun saxlanmasının, daşınmasının, işlədilməsinin adi şəraitində və ya işin görülməsi (xidmət göstərilməsi) prosesində istehlakçının həyatına, sağlamlığına, əmlakına, habelə ətraf mühitə zərər vurulmasının istisna olunması.
Malın "Gömrük tarifi haqqında" Qanuna uyğun olaraq müəyyənləşdirilən və aşağıdakı məqsədlər üçün istifadə olunan dəyəridir:
maldan rüsum tutulması üçün;
xarici iqtisadi əlaqələr və gömrük statistikasının aparılması, ticarət-iqtisadi münasibətlərin dövlət tənzimlənməsi, o cümlədən xarici iqtisadi əməliyyatlara valyuta nəzarəti; bu sahədə bank hesablaşmalarının həyata keçirilməsi ilə bağlı tədbirlər üçün.
Malın istehsalında iki və daha artıq ölkənin iştirak etdiyi halda, ona xarakterik xüsusiyyətlər verilməsi ilə sonuncu dəfə əhəmiyyətli emala məruz qaldığı ölkəni malın mənşə ölkəsi kimi müəyyən edən emal meyarı.
Malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya müəyyən edilmiş meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə.
Gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi.