Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1101—1110 / 1989
Mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrin işçilərlə əmək müqaviləsi (bağlaşması) bağlamaq, bu müqaviləni pozmaq və ya dəyişdirmək hüququna malik vəzifəli şəxsləri, habelə mülkiyyətçi və ya onun müvəkkil e tdiyi idarəetmə orqanı.
Əsərin yaradıcısı olan fiziki şəxs.
Mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun filialı, nümayəndəliyi.
Müəssisənin dövriyyə və dövriyyədənkənar aktivlərinin məcmuudur.
Müəssisənin əsas vəsaitindən, digər uzunmüddətli vəsait qoyuluşundan, dövriyyə vəsaitindən və maliyyə aktivlərindən (qeyri-maddi aktivlər də daxil olmaqla) ibarət əmlak.
Müəssisənin kreditor borcu da daxil olmaqla borc və cəlb edilmiş vəsaitdən (subvensiyalar, dotasiyalar və s. istisna olunmaqla) ibarət öhdəlik.
Qanunvericiliklə nəzərdə tutulmuş qayda tətbiq edilməklə əmlakın hesablanmış və ilk hərraca çıxarılma qiyməti.
Borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması.
Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən hüquqa zidd qəsdlərdən mühafizə edilən daşınmaz (binalar, tikililər, qurğular, ərazilər və s.) və burada yerləşən daşınar əmlak (nəqliyyat vasitələri, avadanlıqlar, pul vəsaitləri, qiymətli əşyalar və s.)
Dövlət reyestrinə daxil olan, petentləşmiş bitki materialı və damazlıq ehtiyatı.