Terminlər lüğəti
1161—1170 / 1989
Xroniki intoksikasiya doğuran, narkotik vasitələrin və psixotrop maddələrin sui–istifadəsi nəticəsində yaranmış, narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və (və ya) fiziki asılılıqla ifadə olunan xəstəlik vəziyyəti.
BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər.
Nəşriyyat məhsulunun istehsalını maddi-texniki cəhətdən təmin edən (maliyyələşdirən) nəşriyyat və yaxud əsas fəaliyyəti bu sahə ilə əlaqədar olmayan fiziki və ya hüquqi şəxs.
Qiymətli kağızlarla bağlanmış əqdlər üzrə eyni tipli qarşılıqlı tələb və öhdəliklərin əvəzləşdirilməsi yolu ilə klirinq iştirakçılarının yekun tələb və öhdəliklərinin müəyyən edilməsi.
Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış yüklərin və insanların daşınma vasitələridir, o cümlədən dəmir yolu, avtomobil, dəniz, daxili su, hava, şəhər və şəhərətrafı elektrik, metropoliten, həmçinin Azərbaycan Respublikasının ərazisində yerləşən magistral boru kəmərləri.
Qanunvericiliyə və öz təsis sənədlərinə uyğun fəaliyyət göstərən, yük, sərnişin, baqaj və poçt daşımaları, nəqliyyat vasitələrinin saxlanılması, texniki xidmət və təmir, yükləmə-boşaltma və liman xidmətləri göstərən hüquqi şəxs.
Dəniz daşımalarında — konosament, şturman qeydi, tərsanə qeydi; dəmiryol daşımalarında — dəmiryol qaiməsi və onun dublikatı; aviadaşımalarda — aviaqaimə; avtomobil daşımalarında — yol qaiməsi.
Sərnişinlərin və malların beynəlxalq daşınmaları üçün istifadə olunan istənilən vasitələr, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlıqları.
Yol hərəkətində vahid tam şəklində iştirak edən bir-birinə qoşulmuş nəqliyyat vasitələri.
Yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən qurğu, habelə onun qoşqusu (nəqliyyat vasitələri mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinə bölünür).