Terminlər lüğəti
1251—1260 / 1989
Əlilin əvvəlki, yaxud yeni peşədə əmək qabiliyyətinin qaytarılması məqsədi ilə zəifləmiş, yaxud itirilmiş funksiyasının reabilitasiyasına, peşə seçilməsinə, işə düzəldilməsinə və ya onun yeni peşəyə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər sistemidir.
Yüksək idman hazırlığını tələb edən, tamaşa xarakterli, qazanc məqsədli əmək fəaliyyəti.
Ziyanverici, xəstəlik və alaq otlarına qarşı istifadə edilən kimyəvi və bioloji aktiv maddələr.
Profilaktiki və müalicəvi məqsədlər üçün istifadə edilən xüsusi qida məhsulları.
İctimai və dövlət həyatı ilə bağlı məsələlərə dair fikirlərini ifadə edən şəxslərin nümayişdə iştirak edənlərdən daha kiçik bir qrupunun müəyyən yerdə toplaşması.
Pos-terminalda aparılan əməliyyat zamanı kart sahibini eyniləşdirən və yalnız kart sahibinə verilən xüsusi gizli koddur.
Müəllifin və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan hazırlanmış (istehsal edilmiş) əsər və fonoqram nüsxələri
Nəqliyyat vasitələrindən kənarda yol hərəkətində iştirak edən və yolda hər hansı iş görməyən şəxs (mühərriksiz əlil arabalarında gedən, velosiped, moped və ya motosiklet aparan, kirşə, əl arabası, uşaq və ya əlil arabası aparan şəxslər də piyadaya bərabər tutulur).
Yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahə, yaxud mühəndis qurğusu.
Əsərin başqa şəxsin adı altında tam və ya qismən açıqlanması, yəni özgənin elmi, ədəbi, bədii və ya digər növ əsərini öz adı ilə nəşr etdirməsi, yaxud özgənin müəllifliyini mənimsəmə və ya mənbəyi və müəllifi göstərilmədən əsəri və ya onun bir hissəsini köçürməklə yeni əsərin yaradılması, bu cür əsərlərin yenidən dərc edilməsi, qəzet, jurnal məqalələrinin və yayım təşkilatları üçün verilişlərin hazırlanması, habelə şərikli müəllifliyə məcbur etmə