Terminlər lüğəti
1271—1280 / 1989
Heyvan növünün sərbəst nəsil verə bilən coğrafi, ekoloji və elementar fərdlər qrupu.
Əsas məzmunu seksual münasibətlərin anatomik və fizioloji cəhətlərinin kobud və ləyaqətsiz təsviri olan bədii, foto, rəsm əsərləri, informasiyalar və digər materiallar.
Ödəniş kartı vasitəsilə malların, iş və xidmətlərin ödənilməsi, habelə nağd pulun alınması üçün nəzərdə tutulmuş avadanlıqdır.
Pos-terminal quraşdırılmış təsərrüfat subyektidir.
Qanın, qan komponentlərinin tədarükü, müayinəsi, emalı, saxlanması və bölüşdürülməsi ilə bağlı olan, xəstənin həyatı üçün təhlükə yarada, səhhətinə təsir edə və ya əlillik ilə nəticələnə bilən, yaxud stasionar müalicə və ya xəstəlik müddətini uzadan mənfi xarakterli hallar.
Profilaktik peyvəndlər nəticəsində sağlamlığın müxtəlif dərəcədə pozulması.
Narkotik vasitələrin və psixotrop maddələrin hazırlanması məqsədi ilə istifadə edilən kimyəvi maddələr və onların duzları, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən kateqoriyalara aid edilmiş və idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan kimyəvi maddələr və onların duzlarıdır.
Hamiləlik dövründə diaqnostika (döldən götürülmüş müvafiq toxumaların genetik üsullar ilə analizi).
Yoluxucu xəstəliklərə qarşı spesifik immunitetin yaradılması üçün insan orqanizminə tibbi immunobioloji preparatların yeridilməsi.
Profilaktik peyvəndlərin qeydiyyat sənədi.