Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1311—1320 / 1989
Şəxsin könüllü surətdə yüksək humanizm və xeyirxahlıq göstərərək əhalinin sağlamlığının qorunmasında şərəfli iş kimi tibbi məqsədlər üçün öz qanını və onun komponentlərini verməsi.
Müalicə məqsədləri üçün qan və qan komponentləri ilə tibb müəssisələrini təmin edən səhiyyə sahəsi.
Şəxsin könüllü olaraq müalicə məqsədləri üçün qanını və ya qan komponentlərini verməsi.
Rəqabət mübarizəsində əsassız (haqsız) üstünlüklər əldə etmək məqsədi ilə dövlət orqanlarının vəzifəli şəxslərini, siyasi partiyalarda rəhbər vəzifə tutan şəxsləri, kütləvi informasiya vasitələri işçilərini, bazar subyektlərinin rəhbərliyini və əməkdaşlarını öz tərəfinə çəkmək üçün nəzərdə tutulan maddi və ya qeyri-maddi xarakterli ödənişlər.
Səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar cəmiyyətidir. Bu cür cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə edilmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz.
Kütləvi yayım üçün nəzərdə tutulmayan təhsil, tədris, müdafiə, təhlükəsizlik və s. sahə maraqları üçün bir və ya bir-biri ilə əlaqəli bir neçə bina daxilində istifadə edilən kabelli televiziya.
Vəsiyyət edənin arzusu ilə şahidlər vəsiyyətnaməni onun məzmunu ilə tanış olmadan (qapalı vəsiyyət) təsdiqləməlidirlər. Bu halda şahidlər vəsiyyətnamənin tərtibi zamanı vəsiyyət edənin yanında olmalıdırlar. Qapalı vəsiyyətnaməni təsdiqləyərkən şahidlər vəsiyyətnamənin vəsiyyət edən tərəfindən onların yanında tərtib edildiyini, lakin vəsiyyətnamənin məzmununu bilmədiklərini göstərməlidirlər.
Nəqliyyat vasitələrinin durması və parklanması üçün nəzərdə tutulan mühafizə olunan tikili.
Qarantın (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verməsi.
Fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən təbii (daşqın, zəlzələ, yer sürüşməsi və s.), yaxud ictimai hadisə (hərbi əməliyyatlar və s.).