Terminlər lüğəti
1321—1330 / 1989
Təbii qazlar, qaz halında olan enerji daşıyıcıları, propan, butan, etilen, propilen, butilen, butadien, daş kömür qazı, bioloji kütlə qazı, texnoloji proseslərdə alınan qazlar da daxil olmaqla qaz və maye halında olan qaz növləri.
Qaz təchizatı sahəsində nəzarət, sınaq işləri, sertifikatlaşma və digər məsələlər üzrə xüsusi icazə almış fiziki və hüquqi şəxslər.
İstehsalçılar, paylayıcılar, istehlakçılar və qaz anbarları arasında, həmçinin idxal-ixrac və tranzit məqsədilə qazın boru kəmərləri vasitəsilə uzaq məsafələrə ötürülməsi.
Gözyaşardıcı, qıcıqlandırıcı, zəhərləyici, sinir-iflic və ya başqa güclü təsir göstərən digər maddələrin tətbiqi ilə canlı hədəfin müvəqqəti sıradan çıxarılması üçün nəzərdə tutulmuş silah.
Qazın istehsalı, emalı, saxlanması, nəqli, paylanması, mayeləşdirilməsi və istifadəsi, həmçinin sənaye və istehlakçı qurğularının tikintisi, istifadəsi, nəzarəti, sınağı və sertifikatlaşdırılması.
Hesabat dövründə qüvvədə olmuş sığorta müqavilələri üzrə hesablanmış və qüvvədəolma müddəti hesabat dövrünün hüdudlarından kənara çıxan sığorta müqavilələrinə aid olan sığorta brutto-mükafatlarının bir hissəsi.
İstehlakçıların qoşulduğu qazpaylayıcı boru və qurğu şəbəkəsi vasitəsilə paylayıcılardan istehlakçılara qədər qazın paylanması üzrə fəaliyyət.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti, bələdiyyələrə üzv seçilmək üçün Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış şəxs.
Daşıyıcının qəbul etdiyi, onun qorunması məsuliyyətini öz üzərinə götürdüyü və buna baqaj qəbzi və baqaj birkası verdiyi sərnişinlərin baqajı deməkdir.
Qeyri-dövlət (özəl) mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən fiziki və ya hüquqi şəxslərin mülkiyyətinin hüquqa zidd qəsdlərdən qorunması məqsədi ilə bu Qanunun 5-ci maddəsində nəzərdə tutulan mühafizə xidmətlərinin göstərilməsi