Terminlər lüğəti
1351—1360 / 1989
Təhlükə potensiallı obyektlərdə istifadə olunan tikililərin və ya texniki qurğuların uçulması, nəzarət edilə bilməyən partlayış və ya təhlükəli maddələrin ətraf mühitə yayılması.
Qəzet və jurnallarla yanaşı bəzi malların (qələm, kağız, dəftər, bəzi qeyri-ərzaq, xırdavat malları) satışı ilə məşğul olan ticarət vahididir.
Ticarət sahəsi 6 kv.m-ə qədər olan köşklərdə satış zamanı kassa aparatlarından istifadə edilmir.
Qeyri-Hökumət Təşkilatları.
Sənaye üsulu ilə müvafiq standartlara uyğun hazırlanan, altı aylığa qədər körpələrin (bir nömrəli qida formulu) və altı aylıqdan üç yaşınadək uşaqların (iki nömrəli qida formulu) qidaya tələbatını ödəmək üçün nəzərdə tutulan, ana südünü qismən əvəz edən heyvan və ya bitki mənşəli qida qatışığı.
İnsan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar.
Məhsulun (malın, işin, xidmətin) pulla ifadə olunan dəyəri.
Müvafiq normativ hüquqi sənədlər, tələb-təklif və qiymətə təsir göstərə bilən amillər əsasında qiymətlərin formalaşması.
Müəssisənin bütün dövriyyə və dövriyyədənkənar aktivlərini, öhdəliklərini və digər sərvətlərin ilkin və bərpa dəyəri ilə qiymətləndirilərək bazar qiymətlərinə uyğunlaşdırılması.
Qiymətlərin əmələ gəlməsi və tətbiqi prosesinə qanunvericilik, inzibati və maliyyə-büdcə tədbirləri vasitəsilə təsir etməklə qiymətlərin müəyyən edilməsi.
İşlənilmiş və işlənilməmiş şəkildə olan təbii almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər.