Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1371—1380 / 1989
Fond birjasının şərtlərinə və tələblərinə uyğun gələn qiymətli kağızların kotirovka vərəqəsinə daxil olma prosedurasıdır.
Sifarişin elan edilməsi üçün fond birjasının qaydaları ilə müəyyən edilmiş qiymətli kağızların minimum sayı.
Hüquq sahibinin tapşırığı ilə və onun xeyrinə qiymətli kağız sahiblərinin reyestrində qeydə alınmış və bu qiymətli kağızların hüquqi mülkiyyətçisi olmayan şəxsdir.
Orderlər, veksellər, çeklər, istiqrazlar, səhmlər, əmtəə kağızları, depozit sertifikatı, ipoteka şəhadətnaməsi, opsion, fyuçers, girov kağızı, mənzil sertifikatı və qiymətli kağızlar sırasına daxil edilmiş digər sənədlər aiddir.
Qiymətli kağızların qiymətini göstərməklə alqısı və (və ya) satqısı barədə açıq elan formasında edilmiş təklifdir (ofertadır).
Qiymətli kağızlar, onların emitenti, sahibləri, nominal saxlayıcıları barədə məlumatların toplanması, qeydə alınması, işlənməsi, saxlanması və təqdim edilməsi xidmətlərinin göstərilməsi üzrə peşəkar fəaliyyətdir.
İstənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metalları (palladium, iridium, osmium, rodium və rutenium).
Qiymətli metallardan və onların əlvan metallarla ərintilərindən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətli və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyaları.
Hasil edilmiş qiymətli metalların qarışıqlardan və kənar komponentlərdən təmizlənməsi, qiymətli metalların Azərbaycan Respublikasının dövlət standartlarına, texniki şərtlərə və beynəlxalq standartlara uyğun keyfiyyətə çatdırılması prosesi.
Şəhər və digər yaşayış məskənləri rayonlarının, mikrorayonlarının, məhəllələrinin planlaşdırma strukturunun digər elementlərinin torpaq sahələrini küçə və nəqliyyat keçidlərindən, meydanlardan ayıran sərhədlər.