Terminlər lüğəti
1391—1400 / 1989
Mübadilə (alqı-satqı) əməliyyatı baş verdiyi tarixdə, identifikasiya olunan aktiv və öhdəliklərin ədalətli dəyərinin alqı dəyərindən üstün olan hissəsi.
Özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın.
Audiovizual əsərlərin quruluşçusu və teatr, sirk, kukla, estrada, televiziya tamaşası və digər tamaşanın quruluşunu həyata keçirən və ya bu cür tamaşalara quruluş verən şəxs
Rabitə istifadəçilərinə rabitə xidməti göstərilməsi və bu məqsədlə müvafiq rabitə vasitələri və şəbəkələrinin yaradılması, qurulması, habelə istismarı ilə əlaqədar digər hərəkətlərin məcmusu.
Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq elektrik və poçt rabitəsi xidmətləri göstərmək hüququ olan və belə xidmətlər göstərən hüquqi və ya fiziki şəxs.
Müvafiq əşya və ya məlumat mübadiləsinin təmin edilməsi üçün vahid texniki və texnoloji sistemdə birləşdirilmiş müxtəlif rabitə vasitələri və qurğularının məcmusu.
Rabitə xidmətlərini göstərmək hüququna malik olan fiziki və ya hüquqi şəxs.
Texniki qurğuların nasazlığı, işçilərin (personalın) səhvi, təbii fəlakətlər və digər səbəblərdən ionlaşdırıcı şüa mənbələri üzərində idarəetmənin itirilməsi nəticəsində insanların müəyyən olunmuş normadan artıq şüalanmasına və ya ətraf mühitin radioaktiv çirklənməsinə gətirən qəzalar.
Kənar (xarici) təsir olmadan atom nüvəsinin çevrilməsi nəticəsində ionlaşdırıcı şüa buraxan izotoplar (atomlar).
Radioaktiv maddənin nüvə parçalanma sürətini xarakterizə edən, vahid zamanda baş verən parçalanmaların sayı, vahidi — Bekkereldir (BK), küridir (Kü).