Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1431—1440 / 1989
Donorla münasibətlərində qrant alan.
Müalicə məqsədi ilə orqan və (və ya) toxumalar köçürülən şəxs.
Yayım təşkilatının verilişinin başqa yayım təşkilatı tərəfindən eyni vaxtda efirlə (kabellə) verilməsi.
Aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs: -təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan; -təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan; -Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır: daimi yaşayış yeri; həyati mənafelərinin mərkəzi; adətən yaşadığı yer; Azərbaycan Respublikasının vətəndaşlığı; fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun; Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təsis edilən və sahibkarlıq fəaliyyətini həyata keçirən və ya Azərbaycan Respublikasında idarə edilən istənilən hüquqi şəxs.
a) Azərbaycan Respublikasında daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikası hüdudlarından kənarda müvəqqəti qalan fiziki şəxslər; b) Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə yaradılmış hüquqi şəxslər; v) Azərbaycan Respublikasında yerləşən və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış, lakin hüquqi şəxs olmayan müəssisə və təşkilatlar; q) Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən Azərbaycan Respublikasının diplomatik və digər rəsmi nümayəndəlikləri; ğ) rezidentlərin Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən filialları və nümayəndəlikləri.
Bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlverişli şərtləri uğrunda mübarizənin elə formasıdır ki, bu zaman onların müstəqil fəaliyyəti hər birinin bazarda əmtəə (məhsul, iş, xidmət) dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan əmtəələrin istehsalını stimullaşdırır.
Müəyyən bir əmtəənin (qarşılıqlı əvəz oluna bilən əmtəələrin) bazarına əmtəə çıxara bilən bazar subyektidir.
Azərbaycan Respublikası milli valyutasının (manatın) xarici valyutaya nisbətən Azərbaycan Respublikası Milli Bankı tərəfindən uçot məqsədilə tə`yin edilmiş məzənnəsi.
«Statistik işlər haqqında proqram» çərçivəsində müvafiq məcmularda mövcud olan prosesləri xarakterizə etmək məqsədi ilə səlahiyyətli orqanların aldıqları məlumatlardır.
Statistik məlumatların yığılması, işlənib hazırlanması, bazada yerləşdirilməsi, təhlili və yayılması üçün zəruri olan bütün fəaliyyətlərdir.