Terminlər lüğəti
1451—1460 / 1989
Şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətidir.
Əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
Müalicə-sağlamlaşdırma yerlərində və kurortların ərazisində yerləşən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müalicə-sağlamlaşdırma xidmətləri göstərən müəssisələr (sanatoriyalar, pansionatlar, istirahət evləri, idman-sağlamlıq düşərgələri və s.)
Yalnız sanitar daşımalar üçün nəzərdə tutulan və münaqişədə iştirak edən tərəfin səlahiyyətli orqanının nəzarəti altında olan, hərbi və ya mülki, daimi və ya müvəqqəti daşıma vasitələri.
İonlaşdırıcı şüalanma mənbəyi ətrafında mənbənin normal istismarı şəraitində əhalinin effektiv (normal) şüalanma normasından yüksək dozalı ərazi.
Təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin, kurortların və onlara bitişik sahələrin çirklənməkdən və vaxtından əvvəl tükənməkdən qorunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş təsərrüfatçılıq, yaşayış və təbiətdən istifadə rejiminə malik ərazi
Alqı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkar.
Digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor deponent borc məbləğləri.
Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.
Saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir.