Terminlər lüğəti
1491—1500 / 1989
Şəhərsalma fəaliyyətini həyata keçirərkən şəhər və digər məskənlərin zonaları hüdudlarında torpaq sahələrindən və digər daşınmaz əmlakdan istifadə növlərinə və aparılacaq dəyişikliklərə tikinti qaydalarının tələbləri.
Şəhərsalma proqramlarının və proqnozlarının, həmçinin investisiyaların həyata keçirilməsini təmin edən, ərazilərin və yaşayış məskənlərinin inkişafının planlaşdırılması və tikintisi üzrə layihə sənədləri.
Tarixən təşəkkül tapmış məskunlaşma sistemləri, milli ənənələr və başqa yerli xüsusiyyətlər, cəmiyyətin sosial-iqtisadi inkişaf perspektivləri, təbii-iqlim və ekoloji şərait nəzərə alınmaqla əhali üçün əlverişli mühitin yaranması üzrə şəhərsalma sahəsində dövlətin məqsədyönlü fəaliyyəti.
Sərhədləri müəyyən olunmuş şəhər və digər yaşayış məskənlərinin və onların funksional zonalarının əraziləri, onların altındakı və üstündəki qurğular, binalar, mühəndis və nəqliyyat şəbəkələri və sistemləri, çoxillik yaşıllıqlar.
Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
Vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olma.
Qiymətli kağız olub, səhmdar cəmiyyətində üzvlüyü və sahibinin (səhmdarın) səhmdar cəmiyyəti mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, səhmdar cəmiyyəti işlərinin idarə olunmasında iştirak etmək hüququnu və cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə hüququnu təsdiqləyir. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər.
Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır.
Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarını nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər.
İnsulin (mədəaltı vəzinin hormonu) çatışmazlığı və keyfiyyətinin azalması nəticəsində qanda qlükozanın səviyyəsinin artması ilə səciyyələnən xroniki xəstəlik.