Terminlər lüğəti
1461—1470 / 1989
Girovsaxlayanın sahibliyinə və müqavilədə nəzərdə tutulan hallarda istifadəsinə verilən daşınar əmlakın girovugirovsaxlayanın sahibliyinə və müqavilədə nəzərdə tutulan hallarda istifadəsinə verilən daşınar əmlakın girovu.
Kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq, habelə borcun azaldılmasına nail olmaq və ya borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməsi xeyli miqdarda ziyan vurma.
Seçki hüququna malik şəxs.
Müvafiq seçki (referendum) dairəsinin seçki (referendum) məntəqəsi ərazisində yaşayan və seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarının siyahıları.
Seçkilərin (referendumun) təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının dərc edildiyi gündən seçkilərin (referendumun) nəticələrinin dərcinə qədər çəkən müddətdə həyata keçirilən seçki (referendum) hərəkətləri.
Seçki Məcəlləsi ilə nəzərdə tutulan qaydada formalaşdırılan və seçkilərin (referendumun) keçirilməsini təşkil edən və təmin edən kollegial orqan.
Seçkilərlə (referendumla) əlaqədar sənədlərin, qərarların, hərəkətlərin (hərəkətsizliyin) nəticələrinin ləğv edilməsinə və ya bu nəticələrə yenidən baxılmasına yönəldilmiş müraciət.
Qeydə alınmış seçicilərin hər hansı seçkili orqana nümayəndə (nümayəndələr) seçməsi üçün Seçki Məcəlləsinə uyğun olaraq təşkil edilmiş ərazi vahidi.
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarını, Azərbaycan Respublikasının Prezidentini, bələdiyyələrə üzvləri seçmək və həmin orqanlara, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmək hüququ, o cümlədən namizədlərin irəli sürülməsində, seçkiqabağı (referendumqabağı) təşviqatda, seçki (referendum) komissiyalarının işində, seçkilərin (referendumun) keçirilməsinin müşahidəsində (seçkilərin (referendumun) nəticələrinin müəyyən edilməsi də daxil olmaqla), səsvermədə, digər seçki (referendum) hərəkətlərinin həyata keçirilməsində iştirak etmək.
Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsi əsasında keçirilən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri.