Terminlər lüğəti
1481—1490 / 1989
Elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə bu qanunla müəyyən edilmiş digər xidmətləri göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.
Müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza vasitələri.
Daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.
Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna keçirilməsinə dair tədbirlər kompleksi.
Dövlətin silahlı hücumdan müdafiəsinin təmin edilməsi və müharibə dövründə dövlətin tələbatının və əhalinin ehtiyaclarının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların hazırlanmasına, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan xüsusi dövlət orqanlarının və müharibə dövrü üçün yaradılan xüsusi birləşmələrin (bundan sonra—xüsusi birləşmələr) hazırlığına aid dinc dövrdə əvvəlcədən keçirilən tədbirlər kompleksi.
Əhalisinin sayı 15.000 nəfərdən yuxarı və onun əksəriyyəti sənayedə, iqtisadi, sosial və ya qeyri-istehsalat sahələrində (dövlət və ya bələdiyyə qulluğunda, kommunal təsərrüfatda, ictimai-iaşə, mədəni və ya tarixi obyektlərdə və s.) məşğul olan, ətrafındakı ərazi vahidlərinin inzibati, iqtisadi və ya mədəni mərkəzləri olan inzibati ərazi vahidi. Ayrı-ayrı hallarda əhalisinin sayı 15.000 nəfərdən az, lakin 12.000 nəfərdən yuxarı olan, inkişaf etmiş istehsalat və sosial infrastruktura, ərazisində ümumdövlət əhəmiyyətli müəssisələr və ya xüsusi əhəmiyyətli tarixi və mədəni abidələr yerləşən, habelə gələcək inkişaf və əhalisinin sayının artması perspektivinə malik olan böyük inzibati, iqtisadi və mədəni mərkəzlər şəhərlər kateqoriyasına aid edilə bilər.
İstehsal qüvvələrinin səmərəli yerləşdirilməsi şərti ilə məskunlaşma sisteminin ərazi-məkan təşkilində milli, tarixi-mədəni irsin xüsusiyyətləri, ekoloji, geoloji, hidrogeoloji, seysmik tələblər nəzərə alınmaqla şəhərsalma planlaşdırılmasında, layihələndirilməsində, tikintisində və yenidən qurulmasında müvafiq icra hakimiyyəti orqanlarının, hüquqi və fiziki şəxslərin fəaliyyəti.
Şəhərsalma obyektlərinin yaradılması, inkişafı, yenidən qurulması və qorunması üzrə şəhərsalma subyektlərinin qarşılıqlı fəaliyyəti.
Şəhərsalma şəraitinin, iqtisadi, sosial, ekoloji, mühəndis-texniki vəziyyətin, istehsal, sosial, mühəndis (su, kanalizasiya, istilik, qaz, elektrik, rabitə və s.) və nəqliyyat infrastrukturunun mövcud vəziyyətinin təhlili nəticəsində ərazilərin, şəhər və digər yaşayış məskənlərinin inkişaf etdirilməsi təmayülünün aşkara çıxarılması.
Şəhərsalmada yüksək nailiyyətlər əldə etmək üçün şəhərsalma vəziyyətinin kompleks qiymətləndirilməsini, torpaq və təbii ehtiyatlardan səmərəli istifadə edilməsini, milli, tarixi-mədəni irsin qorunmasını nəzərə alan kompleks planları və tədbirləri əhatə edən sənədlər.