Terminlər lüğəti
1401—1410 / 1989
Radiasiya təhlükəsizliyi, radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələrinə aid əsas sanitariya qaydaları və normalarına riayət olunması.
Açıq fəzada (efirdə) sərbəst yayılan elektromaqnit dalğaları spektrinin ayrı-ayrı tərkib hissələri.
Azərbaycan Respublikasının ümumi ərazisinin idarə edilməsinin mərkəzləşdirilməsi, dövlət funksiyalarının həyata keçirilməsinin səmərəliləşdirilməsi, habelə dövlət hakimiyyəti orqanlarının əhaliyə mümkün qədər yaxınlaşdırılması məqsədilə tarixən yaranmış, sabit və davamlı iqtisadi, mədəni və sosial əlaqələri olan ərazilərdən təşkil edilmiş, bir neçə inzibati ərazi dairələrini birləşdirən Azərbaycan Respublikasının inzibati ərazi vahidi.
Müəyyən ərazi hüdudunda tələb edilən isti su, buxar və digər istilik daşıyıcılarının istehsalı, ötürülməsi və paylanması üçün lazım olan texniki avadanlıqlar və onlara aid tikililər.
Müəyyən dövrdə və ya müəyyən qiymətdə bağlanmış müqavilə şərtlərinin icra olunması şərti ilə əldə oluna bilən mənfəət və ya zərərdir.
Nəşriyyat (naşir) tərəfindən müəllifə (müəlliflərə və tərtibçilərə) verilmiş sifariş əsasında, yaxud müəlliflərin özünün təqdimatı ilə nəşriyyata daxil olmuş əsərin müəllifin razılığı ilə elmi, ədəbi, texniki və bədii cəhətdən təkmilləşdirilməsi, ixtisar, dəyişiklik, əlavə və düzəlişlər etməklə nəşrə hazırlanması.
Nəşriyyatlarda çalışan, yaxud müqavilə əsasında kənardan cəlb olunan, nəşriyyat əlyazmasının mətnini elmi, ədəbi, texniki və bədii cəhətdən işləyib nəşrə hazırlayan aparıcı mütəxəssis.
Ümumxalq səsverməsi.
Vətəndaşların, referendum üzrə təşviqat qruplarının referendumda iştirak etmək hüququ olan vətəndaşları referendumda iştirak etməyə, referenduma çıxarılan məsələləri dəstəkləməyə və ya dəstəkləməməyə çağıran və ya çağırmaq məqsədi daşıyan fəaliyyəti.
Texniki-iqtisadi əməkdaşlıq edən bir qrup regional (hövzə) dövlətlərinin qəbul və istifadə etdikləri standartlar, norma, qayda və tövsiyələr.