Terminlər lüğəti
1361—1370 / 1989
Qiymətli daşların müəyyən səbəblərə görə istifadədən çıxarılmış avadanlıq və cihazlardan, texniki təyinatlı digər məmulatlardan, habelə tərkibində qiymətli daşlar olan tullantılardan təkrar əldə edilməsi, onların müvafiq texniki şərtlərə və ya almazların təsnifatına uyğun keyfiyyətə çatdırılması (təmizlənməsi).
Müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər. Qiymətli kağız başqasına verildikdə onun təsdiqlədiyi bütün hüquqlar da keçir.
Qiymətli kağızların emissiyası, buraxılması, tədavülü, ödənilməsi, sahibliyi, saxlanılması, onlarla əqdlərin bağlanması, digər əməliyyatların aparılması üzrə subyektlər arasında olan hüquqi və iqtisadi münasibətlərin məcmusudur.
Qiymətli kağızlar bazarında xüsusi razılıq (lisenziya) əsasında sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və ya fiziki şəxslərdir.
Hüquqi və ya fiziki şəxslər tərəfindən qiymətli kağızlar bazarında xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilən sahibkarlıq fəaliyyətidir.
Qiymətli kağızlar bazarının stabilliyinin pozulmasına səbəb ola bilən, qiymətli kağızlar bazarının iştirakçılarının qiymətli kağızlarla əqdlər üzrə qiymətli kağızların bazar qiymətinin hər hansı bir üsulla əvvəlcədən razılaşdırılmış, qəsdən edilmiş əməllər ilə süni olaraq dəyişdirilməsidir. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyaya yol verilmir.
Ümumi qaydada (dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet və ya digər açıq mənbələrdən) əldə edilə bilməyən, qiymətli kağızlar bazarının iştirakçısı olan təşkilatlarda, yaxud müvafiq dövlət orqanlarında tutduğu vəzifə ilə əlaqədar olaraq əldə edilən və ya emitentlə bağlanmış müqaviləyə əsasən, qiymətli kağızlar bazarının subyektləri, qiymətli kağızlar, onlarla əməliyyatlar, qiymətlər və digər xüsusatlar üzrə açıqlanmamalı olan və istifadə edildikdə, məlumat sahibinə qiymətli kağızlarla əməliyyatların aparılmasına digər iştirakçılardan daha üstün mövqe təmin edən məlumat.
Qiymətli kağızların emissiyasında, tədavülündə, ödənilməsində, sahibliyində, saxlanılmasında, qiymətli kağızlarla əməliyyatların aparılmasında subyekt və ya tərəf kimi çıxış edən şəxslər, habelə qiymətli kağızlar bazarının tənzimlənməsini həyata keçirən dövlət və qeyri-kommersiya təşkilatları olan qiymətli kağızlar bazarının iştirakçılarının özünü tənzimləyən təşkilatlarıdır.
Fond birjasının şərtlərinə və tələblərinə uyğun gəlməyən qiymətli kağızların kotirovka vərəqəsindən çıxarılma prosedurası.
Müştəriyə məxsus olub, peşəkar iştirakçının idarəçiliyinə verilmiş qiymətli kağızlar və ya pul vəsaitləri ilə müştərinin mənafeyi üçün və ya onun göstərdiyi üçüncü şəxsin mənafeyi üçün qiymətli kağızlar bazarında əməliyyatların aparılması üzrə peşəkar fəaliyyətdir.