Terminlər lüğəti
651—660 / 1989
Malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərlərindən və elektrik ötürücü xətlərindən istifadə etmək də daxil olmaqla Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması üzrə həyata keçirilən hərəkətlər.
Gömrük yoxlamasının aparılması haqqında gömrük orqanının vəzifəli şəxsinin qərarı.
Gömrük yoxlamasının keçirilməsi və onun nəticələrinə dair məlumatları əks etdirən sənəd.
Bütün yükün və ya onun hissəsinin BYD başladığı Razılığa gələn tərəfin hər hansı gömrük orqanı.
İmza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla, onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza.
Əməliyyat günü ərzində nağd pul və digər qiymətlilərin qəbulunu həyata keçirən mədaxil kassası.
Təhlükə potensiallı obyektlərdə tətbiq olunan texniki qurğuların dayanması, yaxud nasazlığı, texnoloji rejim prosesindən kənara çıxma, eləcə də istehsal obyektində işlərin aparılması qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərin tələblərinin pozulması.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin vəzifəyə təyin edilmiş şəxsdir (məhkəmənin sədri, onun müavini, kollegiya sədri və ya birinci, apellyasiya, yaxud kassasiya instansiyası məhkəməsinin hakimi).
Bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri.
Müəyyən haqq müqabilində hava gəmisi ilə sərnişin, baqaj və yüklərin, habelə poçt göndərişlərinin daşınması.