Terminlər lüğəti
611—620 / 1989
Elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər.
Müştərilərlə və bankın tərəfdaşları ilə müqavilələrin bağlanması və bağlanmış əqdlər üzrə bank sənədlərinin qeydiyyata alınması üçün bek-ofisə təqdim olunmasını həyata keçirən bank bölməsidir.
Frontinq edən sığortaçı tərəfindən digər sığortaçının təklifi ilə sığorta şəhadətnamələrinin verilməsinə və təkrar sığorta müqaviləsinə əsasən komisyon mükafatı almaqla, həmin sığortaçıya risklərin tam həcmdə ötürülməsinə dair razılaşma.
«Franko daşıyıcı». Bu terminin mənası odur ki, satıcı malı ixrac gömrük rəsmiləşdirilməsindən keçirdikdən sonra, alıcı tərəfindən təyin olunmuş daşıyıcıya, razılaşdırılmış yerdə və ya məntəqədə təhvil verdikdə çatdırılma üzrə öz öhdəliyini yerinə yetirmiş olur.
Müəyyən edilmiş tarixdə müəyyən baza aktivinin əvvəlcədən razılaşdırılmış qiymətlərlə alınması və ya satılması haqqında öhdəliyini təsbit edən standartlaşdırılmış birja müqaviləsini ifadə edən qiymətli kağızdır.
Yerli vaxtla axşam saat 22-dən səhər saat 7-dək olan vaxt müddəti.
Sərnişinin avtobusda gediş hüququnu, sərnişin və daşıyıcı arasında daşınma müqaviləsinin bağlanmasını təsdiq edən və müəyyən edilmiş formada rəsmiləşdirilən sənəd
İctimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadın münasibətlərinin sosial cəhəti
Qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyəti
Yer kürəsinin formasını, ölçülərini, qravitasiya sahəsini, yer səthindəki obyektlərin koordinatlarını və mütləq yüksəkliyini, onların zamandan asılı olaraq dinamik dəyişməsinin müəyyən edilməsi.