AZƏRBAYCAN RESPUBLİKASI QANUNVERİCİLİYİNİN ELEKTRON MƏLUMAT BAZASI
Hal-hazırda hüquqi informasiya ilə işləmək üçün ən yaxşı vasitə sorğu məlumat bazası sayılır. «LegalActs» MMC şirkəti Sizi Azərbaycanın bütün normativ-hüquqi bazası üzrə lazımi informasiya ilə təmin edir, həmçinin onun əlavələrinin və yenilənmələrinin ardıcıllığına və sistemliliyinə təminat verir.
1996-cı ildən əməkdaşlarımız tərəfindən işlənilmiş «Azərbaycan qanunvericiliyinin elektron məlumat bazası» şirkətin əqli məhsulu sayılır.
LegalActs 5.1 – proqram təminatının təkmilləşdirilmiş sonuncu versiyasıdır. O, müştərilərə yerli hüquqşünaslığın xüsusiyyətlərinə dəqiq bələd olmaq, həmçinin öz biznesini, müstəsna olaraq, milli qanunvericiliyə uyğun hüquqi müstəvidə qurmaq imkanı verir. Bu məhsulun yaradılması zamanı tərəfimizdən tətbiq olunan çevik texnoloji həllər müştərilərə normativ-hüquqi sənədlərlə tez və asan şəkildə tanış olmaq imkanı verir.
İstifadəçilər üçün Məlumat Bazasının ən vacib keyfiyyətləri:
- informasiyaların tamlığı və düzgünlüyü;
- informasiyaların yenilənmə imkanları;
- hüquqi informasiyanın keyfiyyətli hüquqi emalı;
- rahat işləmək imkanı;
- servis xidmətinin etibarlılığı və səviyyəsi.
Sistemli şəkildə yaradılmış məlumat bazasında elektron sənədlərin rəsmi mətn ilə eyniliyinə zəmanət verilir. Bütün sənədlər yalnız rəsmi mətnlərdən daxil edilir. Bütün rəsmi mətnlərin surətləri arxivdə saxlanılır və lazım gələrsə, istifadəçiyə təqdim oluna bilər. Hər bir yeni sənəd yalnız əslinə uyğunluğun çoxpilləli xüsusi yoxlanışından (korrektorlar, hüquqşünaslar, xüsusi proqram vasitələri) sonra sistemə daxil edilir. Sənədlərin sistemə bu qaydada daxil edilməsi səhvlərin və yanlışlıqların olması imkanını tamamilə istisna edir.
Məlumat Bazası DVD-disklərdə proqram məhsulu şəklində və WEB-SAYT vasitəsilə təqdim olunur və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının məcəllələrini, Azərbaycan Respublikasının qanunlarını, onlara edilən dəyişikliklər və əlavələri, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarını, Milli Məclisin qərarlarını, Vergilər Nazirliyinin və Milli Bankın təlimatlarını, beynəlxalq müqavilələri və sazişləri, MBD çərçivəsində müqavilələri və sazişləri, müxtəlif nazirlik və idarələrin normativ-hüquqi sənədlərini özündə birləşdirir. Bununla belə, Məlumat Bazası yeni qəbul olunmuş sənədlər ilə hər gün yenilənir. Məlumat bazasında həmçinin dərc edilmiş qanunvericilik aktlarının bütün əvvəlki relizləri də mövcuddur.