Terminlər lüğəti
1—10 / 1989
Televiziya və radio yayım xidmətlərindən istifadə edən fiziki və ya hüquqi şəxs.
İnsan psixikasına təsir göstərən maddələrin istehlakının qəflətən dayandırılması və ya onların antaqonistlərinin təsiri nəticəsində yaranmış, psixi, somato–vegetativ və nevroloji pozuntularla səciyyələndirilən, klinik təzahürləri və gedişatı həmin maddələrin xarakterindən və istehlakın davamlılığından asılı olan vəziyyət.
Açıq Cəmiyyət İnstitutu Yardım Fondu.
Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər.
Xammal, material, əmtəə və s. sərvətlərin alındığı, pul (kapital) qoyulduğu gündən etibarən onların nəticələrinin yenidən hazır məhsula, iş və xidmətə çevrilərək satıldığı dövrədək olan müddətdir.
Mal anbarı tərəfindən malın saxlanmağa qəbul olunduğunu təsdiqləyən adsız qiymətli kağızdır.
Abidələrin görkəminə xələl gətirməmək məqsədilə onların yerləşdiyi sahənin ətrafında abidənin xarakterindən asılı olaraq müəyyən edilən əlavə tənzimləmə zonası.
Konkret bir şəxsin adına «əmrə deyil» şərtilə yazılan və digər şəxslərə ötürülməsi (indosamentlə) mümkün olmayan çek.
Müəyyən şəxsin adına verilmiş qiymətli kağız.
«Təqdim edənə» şərti yazılmaqla verilən və digər şəxsə sadəcə olaraq verməklə ötürülən çek