Terminlər lüğəti
621—630 / 1989
Azərbaycan Respublikasında yaşamayan vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudları daxilində səyahətləri.
Özühərəkətedən və ya özühərəkətetməyən, ticarət gəmiçiliyi məqsədləri üçün istifadə olunan üzən qurğu.
Gəminin gəlişi və yola düşməsi zamanı gömrük orqanları tərəfindən tələb olunan gəmi heyətinin tərkibi və sayı barədə məlumatları əks etdirən əsas sənəd.
Konosamentlərin toplusunu əks etdirən və gömrük orqanına təqdim olunan yük nəqliyyat sənədi.
Gəminin mülkiyyətçisi olmasından və ya gəmidən başqa qanuni əsaslarla istifadə etməsindən asılı olmayaraq, gəmini öz adından istismar edən şəxs.
Gəmilərin ölçülməsinə dair beynəlxalq müqavilələrə uyğun olaraq gəminin müəyyən edilən ümumi tutumu.
Gənclərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn.
Yaşı 16-dan 35-dək olan şəxslər.
Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemi.
Gənclərin problemlərinin həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi məqsədi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada yaradılan ictimai birliklər və fondlar.