Terminlər lüğəti
641—650 / 1989
Mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisinin xüsusi ayrılmış və nişanlanmış hissəsi.
Müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə görə alınan dövlət rüsumu, haqlar və digər ödənişlər.
Tranzit mallar sərbəst dövriyyə üçün buraxılış gömrük rejimi altında yerləşdirilməli olarsa, ödənilməli olan gömrük rüsumlarının və ya vergilərinin məbləği.
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra vətəndaşlar adlanacaq) dövlət xidmətinin xüsusi növü.
Gömrük məqsədləri üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin statusunu müəyyən edən müddəaların məcmusu.
Malların və nəqliyyat vasitələrinin müəyyən gömrük rejimi altında yerləşdirilməsi proseduru və bu rejimin fəaliyyətinin başa çatması.
Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlər.
Mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən çıxarılarkən Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən tutulan haqq olmaqla yanaşı, həm də bu cür idxal və ixracın mühüm şərti.
Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərlərindən və elektrik ötürücü xətlərindən istifadə etmək də daxil olmaqla Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması üzrə həyata keçirilən hərəkətlər.
Azərbaycan Respublikasının gömrük ərazisinin sərhədi.