Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

601—610 / 1989
İfanın və ya digər səslərin ilk dəfə yazılması təşəbbüsünü və məsuliyyətini üzərinə götürmüş fiziki və ya hüquqi şəxs. Başqa sübutlar olmadıqda həmin fonoqramda və (və ya) onun qoyulduğu qutuda adı adi qaydada göstərilmiş fiziki və ya hüquqi şəxs fonoqram istehsalçısı sayılır.
Fonoqramda yazılmış səslərin hamısının və ya bir hissəsinin bilavasitə və ya dolayısı ilə hər hansı maddi daşıyıcıya köçürülmüş surəti.
Şəxsin qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən vaxtda və müəyyən şərtlərlə bu cür forvard kontraktının bağlandığı anda təsbit edilmiş qiymətlə əldə etməyə (satmağa) öhdəliyini təsdiq edən müqavilə.
Fiksajlama texnologiyasından (kimyəvi, elektron və s.) asılı olmayaraq işıq şüalanmasının və ya başqa şüalanmanın təsvir yaratmağa imkan verən üsulla fiksajlanması. Audiovizual əsərlərin ayrıca götürülmüş kadrı «fotoqrafiya əsəri» sayılmır.
İnsanların həyat və sağlamlığının, habelə ətraf mühitin qorunması məqsədilə zəruri təcili tədbirlərin həyata keçirilməsini tələb edən təhlükəli ekoloji vəziyyət.
İnsan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyət.
İnsanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı həyata keçirilən qəza-xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlər.
Fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunması, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən tədbirlər sistemi.
Hidrotexniki qurğuda baş verən qəza və zədələnmə nəticəsində müəyyən bir ərazidə insanların həyatına, sağlamlığına, əmlakına, ətraf mühitə və təsərrüfat obyektlərinə zərər dəyməsinə, habelə maddi itkilərə səbəb olan vəziyyət.
Azərbaycan Respublikasının Konstitusiyasına və Fövqəladə vəziyyət haqqında Qanuna uyğun olaraq, Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət formasından asılı olmayaraq, bütün hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin bu qanun ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılmasına və onların üzərinə əlavə vəzifələr qoyulmasına yol verən, eləcə də müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətini tənzimləyən xüsusi hüquqi rejimdir.