Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

631—640 / 1989
Sərhəd buraxılış məntəqəsində yerləşən, malların Azərbaycan Respublikasına oradan keçməklə gətirildiyi Azərbaycan Respublikasının aralıq gömrükxanası.
Daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılması.
Girovqoyanla, o borclu deyilsə, həm də borclu ilə girovsaxlayan arasında əmlakın və hüquqların girova qoyulmasını və bundan irəli gələn hüquq və öhdəlikləri təsbit edən adlı qiymətli kağız.
Girov qoyulan əmlaka (hüquqlara) mülkiyyət və ya tam təsərrüfatçılıq səlahiyyəti hüququ olan, əsas borc üzrə borclu kimi, yaxud girovu təqdim edən üçüncü şəxs kimi Azərbaycan Respublikasının və xarici ölkələrin fiziki və hüquqi şəxslər.
Borclunun öhdəliyinin lazımi qaydada icra edilməsini təmin etmək məqsədi ilə girovu qəbul edən Azərbaycan Respublikasının və xarici ölkələrin fiziki və hüquqi şəxslər.
Radio, tele, audio, kino, nəşr və digər məhsullarda istifadə olunan və başqa üsullarla yayılan, istehlakçının şüuruna özünün dərk etmədiyi təsir edən reklam (o cümlədən xüsusi videoparçalar, ikili səsyazma və sairə vasitələr tətbiq etməklə).
Gətirilən malların saxlanc dövründə gömrük rüsumları, vergilər alınmadan və mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən onların gömrük nəzarəti altında saxlancından, ixrac gömrük rejiminə uyğun aparılması nəzərdə tutulan malların isə Gömrük Məcəlləsində nəzərdə tutulan güzəştlər verilməklə gömrük nəzarəti altında saxlancından ibarət gömrük rejimidir.
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılan və gömrük işi sahəsində müəyyən haqq almaqla vasitəçilik edən hüquqi şəxs.
Gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş, Azərbaycan Respublikasının digər qanunvericiliyinə və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə riayət edilməsini təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlər toplusu.
Gömrük nəzarəti zonalarının sərhədlərində və onun daxilində, gömrük orqanları tərəfindən müəyyən edilən mal və nəqliyyat vasitələrinin hərəkəti, eləcə də istehsalat və kommersiya fəaliyyətinin həyata keçirilməsi.