Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

561—570 / 1989
Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır.
Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi—müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır.
Normativ sənədlər üçün əsas oxucu kataloqdur, onların maksimum aşkarlanmasına xidmət edir. Kataloqa qüvvədə olan standartların və texniki şərtlərin biblioqrafik təsviri olan kartoçkalar daxildir.
Məmulat hazırlanan ərintinin dəyərini müəyyən edən və min çəki vahidində qiymətli metalın miqdarını təsdiqləyən dövlət standartı.
Borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən kreditlərin (ssudaların) və ya depozitlərin (hesabların) verilməsi üçün ödəmə.
Müqaviləyə əsasən faizlərin ödəniş vaxtı çatdıqda ödənilməmiş hissənin kreditin qalıq məbləğinə əlavə olunmasıdır. Faizlərin kapitallaşdırılmasına müddəti uzadılmış, yaxud yeni kreditlər kimi rəsmiləşdirilmiş faizlər də aiddir.
Pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirilməsi.
Klinik tədqiqatın obyekti olan, farmokoloji fəallığı müəyyən edilmiş dərman formasında maddələr və ya maddələrin qarışığı.
«Gəmi bortu boyunca sərbəst» kommersiya şərtinin mənası odur ki, dəniz daşınmalarında satıcı malı razılaşdırılmış yükləmə limanına gətirərək, onu gəmi bortu boyunca sahildə və ya lixterlərdə yerləşdirdikdə öz öhdəliyini yerinə yetirmiş olur. Bu andan etibarən malların korlanması və ya xarab olması üzrə öhdəliklər satıcıdan alıcıya keçir. FAS şərtində tələb olunur ki, malın ixrac rəsmiləşdirilməsini alıcı yerinə yetirsin. Əgər alıcı birbaşa və ya bilavasitə ixrac gömrük rəsmiləşdirilməsini yerinə yetirə bilmirsə, bu termindən istifadə etmək olmaz.
Yer qabığının maddi istehsal sahəsində istifadə edilən təbii mineral törəmələri.