Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

521—530 / 1989
Hər hansı daşınan və ya daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləri.
Məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, cinayətin predmetlərinin, habelə cinayət yolu ilə əldə etdiyi əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasından ibarətdir.
Əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri.
Müəyyən edilmiş birja qaydaları əsasında əvvəlcədən təyin olunmuş yerdə və vaxtda aşkar kütləvi sövdələşmə şəklində həyata keçirilən topdansatış ticarət bazarını təşkil etmək məqsədi güdən hüquqi və (və ya) fiziki şəxslərin könüllü birliyi əsasında yaradılan hüquqi şəxs statuslu təşkilat.
Sahibinin qiymətli kağızda göstərilən əmtəəyə dair sərəncam vermək və bu əmtəəni almaq hüququnu təsbit edən qiymətli kağızlar (anbar şəhadətnaməsi, konosament və s.).
Sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşması (kombinasiyası).
Mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi.
Mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində təfəkkürdə və yaddaşda olan çatışmazlıq.
İşlər, elektron hesablayıcı texnikanın və məlumat topluları proqramlarına müəlliflik hüquqları, sənaye mülkiyyətinə hüquqlar, kəşf hüquqları, hüquqi və fiziki şəxslər tərəfindən istehsal edilmiş (onlara məxsus olan) mallar, onlar tərəfindən göstərilən xidmətlər, silah, hərbi texnika, ikili təyinatlı mallar, kütləvi qırğın silahının hazırlanması üçün xüsusi avadanlıq və texnologiya ilə bağlı olan sənaye nümunələri və «nou-hau».
Müəlliflik hüququ və əlaqəli hüquqlar, sənaye mülkiyyəti və digər əqli mülkiyyət obyektlərinə olan hüquqların məcmusu.