Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

691—700 / 1989
İki istirahət günü olan beşgünlük iş həftəsi.
Onkologiya ixtisası üzrə hazırlıq keçmiş həkim-mütəxəssis.
Qanunvericilikdə müəyyən olunmuş qaydada psixiatriya fəaliyyəti ilə məşğul olan mütəxəssis.
Narkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün müvafiq ixtisasa malik olan şəxs.
İstehsal və ya qeyri-istehsal sahələrində bilavasitə iş yeri üzrə çalışan işçilərin, habelə pensiyaçıların, təhsil alan şəxslərin birləşib təsis etdikləri həmkarlar ittifaqı təşkilatı.
İşçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında müəssisədə yaradılan təşkilat. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər.
Peşələr, sahələr üzrə həmkarlar ittifaqları birliklərinin respublika və yaxud müvafiq ərazi səviyyəsində birləşib təsis etdikləri həmkarlar ittifaqları birlikləri.
Döyüş meydanında ölmüş və ya yaralanmış şəxslərin əmlakını talama.
Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma.
Vahid vaxt ərzində yoldan və ya onun hər hansı bir hissəsindən hər iki istiqamətdə keçən avtomobil nəqliyyatı vasitələrinin sayı.