Terminlər lüğəti
701—710 / 1989
Yolun hərəkət hissəsinin nişanlama xətti vasitəsilə bölünmüş, eni avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağı.
Yolun və ya onun hər hansı bir hissəsinin vahid vaxt ərzində müəyyən edilmiş sürətini və təhlükəsizliyini təmin etməklə keçirə biləcəyi avtomobil nəqliyyatı vasitələrinin maksimum sayı.
Fond birjasının üzvü olan broker və (və ya) diler fəaliyyətini həyata keçirilməsi üçün qiymətli kağızlar bazarının peşəkar iştira-kçısının xüsusi razılığa (lisenziyaya) malik olan və fond birjasının qaydalarına uyğun sifarişlər elan etmək və qiymətli kağızlarla bağlı əqdləri həyata keçirmək hüququna malik olan hüquqi və (və ya) fiziki şəxs.
Ov məhsullarının əldə edilməsindən gəlir məqsədi daşımayan ov növü.
Sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığorta. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortalıya qaytarılır.
Sığortalının müntəzəm şəkildə ödədiyi sığorta haqlarının sığortaçıda müddətli yığım vəsaitləri kimi toplanılmasını nəzərdə tutan həyat sığortasının aparılmasının forması
Suvarma, qurutma, şoran torpaqların yuyulması, erroziyaya, sürüşməyə, daşqına, sellərə qarşı mübarizə.
Su anbarları, bəndlər, magistral sunəqledici kəmərlər, su elektrik stansiyaları, sutullayıcı, suburaxıcı, suqəbuledici, sudurulducu, suötürücü, su nasosxanaları, tunellər, kanallar, kollektorlar, səviyyəəlaqələndirici, sahilqoruyucu, sahilbərkidici, məcranizamlayıcı, balıqburaxan və balıqqoruyucu, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları (estakadalar, estakadayanı meydançalar, stasionar dəniz platformaları, limanlar, gəmiburaxan şlüzlər), habelə yeraltı və yerüstü su ehtiyatlarından istifadə etmək və suyun zərərli təsirlərinin qarşısını almaq üçün istifadə olunan digər xüsusi mühəndis-texniki qurğular.
Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təsərrüfat, yaxud sahibkarlıq fəaliyyəti məqsədilə hidrotexniki qurğunu istismar edən hüquqi və ya fiziki şəxs.
Hidrotexniki qurğuya sahiblik etmək, onun barəsində sərəncam vermək və ondan istifadəyə icazə vermək hüququ olan hüquqi və ya fiziki şəxs.