Terminlər lüğəti
1631—1640 / 1989
Orijinal toxumun çoxaldılmasından alınmış toxum.
Ticarət sahəsi 1000 kv.m-dən yuxarı olub, ən müasir ticarət avadanlıqları ilə təmin edilmiş, geniş çeşiddə ərzaq, qeyri-ərzaq mallarının satışı ilə məşğul olan və istehlakçılara yüksək səviyyədə ticarət xidməti göstərən obyektdir.
Obyekt mal satışından əlavə, istehsal sahələrinə malik olmaqla bir sıra yarım fabrikatlar, qənnadı məhsulları və s. istehsal edə bilər. Alıcılara bir sıra xidmətlər göstərir (avtomobil dayanacağı, malların sifariş edilməsi və evlərə daşınması, iri həcmli malların göstərilən ünvanlara çatdırılması, obyektdən alınmış qeyri-ərzaq mallarının, geyimlərin alıcının ölçüsünə əsasən düzəldilməsi və s.).
Satış özünəxidmət üsulu və satıcı-məsləhətçilərin köməyi ilə həyata keçirilir. Ticarət sahəsindən asılı olaraq alıcı ilə hesablaşmaq üçün çıxışda bir neçə kassa aparatları quraşdırılır.
Əsərin və ya fonoqramın bir və ya daha çox nüsxəsinin hər hansı maddi formada, o cümlədən səs və videoyazı şəklində hazırlanması. Əsərlərin və ya fonoqramların elektron (rəqəmli də daxil olmaqla), optik və ya maşınla oxunan digər formada müvəqqəti, yaxud daimi saxlanma üçün yazılması da surətçıxarma sayılır.
Fiziki poçt göndərişlərinin ən sürətlə işlənməsini və çatdırılmasını təmin edən poçt rabitəsi xidməti.
Hər hansı növ nəqliyyat vasitəsini idarə edən şəxs (sürücülüyü öyrədən avtomobil təlimatçısı da sürücüyə bərabər tutulur).
Avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan, daşımalar prosesində birbaşa iştirak edən, habelə müvafiq hallarda daşıyıcını təmsil edən şəxs
Sifariş əsasında şüşələrin və güzgülərin ölçülər üzrə kəsilməsi, rənglənməsi və yerlərdə qoyulması ilə məşğul olan xidmət obyektidir.
Suvarma məqsədi ilə irriqasiya sistemləri və qurğuları ilə təmin olunmuş torpaqlar.
Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemi.
Rəhbər ilə tabelikdə olan arasında xidməti münasibətlər, o cümlədən birincinin ikinci üzərində sərəncamçı səlahiyyətlərinin olması nəzərdə tutulur, yəni birinci öz vəzifə səlahiyyətləri daxilində ikincini işə qəbul etmək, işdən azad etmək, ona icrası məcburi olan əmr, sərəncam və göstərişlər vermək, onu mükafatlandırmaq və onun barəsində intizam tədbirləri görmək hüququna malik olmalıdır.