Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1591—1600 / 1989
Könüllü təmannalı pul və maddi yardımın və ya pulsuz xidmətlərin göstərilməsi.
«Daşınma … (təyinat yeri) qədər ödənilib» kommersiya şərtində satıcı malın alıcının ölkəsində yerləşən təyinat yerinə aparılmasına və alıcının anbarına malı aparan daşıyıcıya təhvil verilməsinə cavabdehlik daşıyır. İxrac rəsmiləşdirilməsini satıcı, idxal rəsmiləşdirilməsini isə alıcı aparır.
Maraqlı tərəflərin əksəriyyətinin razılığı əsasında hazırlanmış və müvafiq səlahiyyətli təşkilat və ya orqanlar tərəfindən təsdiq edilən kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəddir.
London Qiymətli Metallar Bazarı Assosiasiyasının (LBMA) və London Platin və Palladium Bazarı (LPPM) iştirakçılarının müəyyən etdiyi beynəlxalq keyfiyyət standartlarına (London good delivery) cavab verən bank metalı külçələri.
Məhsullar (işlər, xidmətlər) üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyət olub, aşağıdakıları təmin etmək məqsədi daşıyır: məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyini; məhsulların (işlərin, xidmətlərin) texniki, texnoloji və informasiya uyğunluğunu, eləcə də qarşılıqlı əvəz olunmasını; məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu və onların rəqabət qabiliyyətinin yüksəldilməsini; ölçmələrin dəqiqliyini və vəhdətini; bütün növ resursların qənaətini; təbii və texnogen qəzaların və habelə digər fövqəladə vəziyyətlərin yaranması ehtimalları nəzərə alınmaqla təsərrüfat obyektlərinin təhlükəsizliyini; ölkənin müdafiə qabiliyyətini və səfərbərliyə hazırlığını; istehlakçıların məhsulların (işlərin, xidmətlərin) nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmalarını.
Müəyyən növ fəaliyyətin, yaxud onun nəticələrinin ümumi olan icra və istifadə norma, qayda və xarakteristikalarını əks etdirən normativ hüquqi aktdır.
Daşınmaz.
Əldə edilməsində tətbiq olunan forma və vasitələrdən asılı olmayaraq, məxfi sayılmayan rəsmi statistik məlumatların istifadəçilərə verilməsidir.
Rəsmi statistika üçün ilkin məlumatları təqdim edən, yaxud da statistiklər tərəfindən müşahidələrin aparılması, məlumatların toplanması və təhlili üçün müəyyənləşdirilmiş hüquqi və fiziki şəxslərdir.
Girişinə nəzarət edilən sərnişinlərin istənilən yoxlanma baxış məntəqəsi və hava gəmisi arasındakı zona.