Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1621—1630 / 1989
Emissiya şərtlərinə görə ödəmə vaxtı çatdıqda ödənilən, bankın aktivlərinin girovu ilə təmin edilməyən, sahibinin tələbi ilə geri alınmayan, son ödəmə müddəti başa çatana kimi bu öhdəlik üzrə ödəmə (faiz və ya əsas borc) baş tutmadığı təqdirdə bankı müflis elan etmək və ya ləğv etmək hüququnu verməyən, bank ləğv edilərkən onların ödənilməsi tələblərinə depozitorların (əmanətçilərin) tələbləri və qeyri—subordinasiya borc öhdəlikləri tam ödənildikdən sonra baxılan öhdəliklərdir.
Öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət.
Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti.
Məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti.
Başqa körpəni əmizdirən qadın.
İstifadəsinə verilən meliorasiya və irriqasiya sistemlərini idarə etmək və xidmət göstərdiyi ərazidə əkinləri suvarma suyu ilə təmin etmək məqsədi ilə kənd təsərrüfatı istehsalçıları tərəfindən bu qanuna uyğun yaradılan və fəaliyyət göstərən qeyri-kommersiya qurumunun xüsusi forması.
Su altında qalma, subasma, müəyyən əraziyə və ya obyektə yerüstü və yeraltı suların digər təsiri.
Yerin təkində geoloji struktur daxilində yerləşən, məsamələrində, çatlarında və boşluqlarında hidravlik əlaqəli sular toplanmış süxurlar təbəqəsi (lay).
Körpələrin və erkən yaşlı uşaqların qidaya tələbatını ödəyən və onların fizioloji xüsusiyyətlərinə uyğunlaşdırılan, ana südünü qismən əvəz edən qida qatışığı.
Ana südü olmadıqda körpələrin və erkən yaşlı uşaqların süni qida qatışıqları ilə qidalandırılması.