Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1641—1650 / 1989
Xüsusi tanınma nişanları və taksometrlə təchiz olunmuş, sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi
Genetik defekt nəticəsində hemoqlobinin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyi.
Nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
-Ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. -Şəxs yalnız bir tam ortaqlığın iştirakçısı ola bilər. -Tam ortaqlığın firma adına onun bütün iştirakçılarının adları və «tam ortaqlıq» sözləri daxil edilməli və ya «və ortaqları» və «tam ortaqlıq» sözləri əlavə edilməklə bir və ya bir neçə iştirakçının adı daxil edilməlidir.
Satıla bilən və bazar dəyəri kredit məbləğinin 100 faizindən azını təşkil edən, yaxud dəyəri kredit məbləğinin 100 faizindən çox olsa da, elan olunmuş dəyərin əldə edilməsi şübhə altında olan girovla təmin edilmiş kreditlər.
Tütün məmulatına xüsusi dad və ətir verilməsi üçün tütünə əlavə olunan qeyri-tütün maddələri.
İşin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.
Cəmiyyət və dövlət tarixi ilə, müharibə və milli azadlıq hərəkatı ilə, elm və texnikanın inkişafı ilə xalqın həyatındakı mühüm tarixi hadisələrlə bağlı dəyərlər, dövlət xadimlərinin və hərbi xadimlərin, Sovet İttifaqı Qəhrəmanlarının, Milli Qəhrəmanların, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar, etnoqrafik abidələr — xalqın maddi, mənəvi, ideoloji, sənətkarlıq və təsərrüfat həyatını özündə əks etdirən qurmalar və əmək alətləri, əşyalar, epiqrafik abidələr — üzərində yazılar olan müxtəlif daş, gil, ağac və metal nümunələri.
Arxeoloji və memarlıq obyektləri, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlər.
Ərzaq, toxum, yem və texniki məqsədlər üçün istifadə edilən dənli və dənli-paxlalı bitkilərin dənləri.