Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1671—1680 / 1989
Efir məqsədi ilə istifadə olunan, istifadəsi planlaşdırılan və boş qalan radiotezlikləri əks etdirən sənəd.
Daşınmaz əmlakın, mal və xidmətlərin alınmaq, satılmaq, göndərilmək üçün efir vasitəsilə təklif olunması.
Satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların yazılı təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədilə keçirilən müsabiqə.
Satınalan təşkilat tərəfindən yaradılan və onun adından tender prosedurlarını həyata keçirən müvəqqəti işçi qrupu.
İddiaçının tender təklifi üzrə satınalan təşkilat qarşısında götürdüyü öhdəliklərə verilən təminat. Bu təminat bank zəmanəti, akkreditiv, qiymətli kağızlar, nağd pul vəsaiti, depozitlər və digər maliyyə aktivləri ola bilər.
Satınalan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəd.
Onkoloji xəstənin bioloji ölümündən əvvəl orqanizminin funksiyalarının tükənməsi.
Ərazinin və ya akvatoriyanın ayrıca sahələrində, nəqliyyat vasitəsində, binalarda, tikililərdə, qurğularda, yaşayış evlərində və ona bitişik ərazilərdə və ya akvatoriyada əməliyyatların aparıldığı hüdudlar.
Terror aksiyalarının qarşısının alınması, fiziki şəxslərin təhlükəsizliyinin təmin edilməsi, terrorçuların tərksilah edilməsi, zərərsizləşdirilməsi, habelə terror aksiyası nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsi məqsədilə həyata keçirilən xüsusi tədbirlər.
Terror aksiyalarını təşkil etmə, planlaşdırma, hazırlama və həyata keçirmə, fiziki və hüquqi şəxslər üzərində zorakılıq etmə, terror məqsədilə maddi obyektləri məhv etmə və ya zədələmə, terror aksiyalarının həyata keçirilməsi məqsədilə qanunsuz silahlı birləşmələr, cinayətkar qruplar yaratma, habelə belə aksiyalarda iştirak etmə, şəxsləri terrorçuluğa cəlb etmə, silahlandırma, onlara təlim keçmə və onlardan istifadə etmə, bilərəkdən terror təşkilatlarını və ya terror qruplarını maliyyələşdirmə və ya onlara digər yardımlar etmə ilə bağlı olan fəaliyyət.